Icma.az
close
up
RU
Süni intellekt texnologiyalarının inkişafı vacib rol oynayır Prezident

Süni intellekt texnologiyalarının inkişafı vacib rol oynayır Prezident

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Bu gün iqtisadi, sosial və ekoloji tarazlığa nail olmaq üçün yeni mexanizmlərin tətbiqini, yerli və qlobal maraqların uzlaşdırılmasını, təbii resurslardan səmərəli istifadəni özündə ehtiva edən dayanıqlı inkişaf bəşəri önəm kəsb edir. Həmin çağırışlara effektiv və çevik reaksiya verilməsi qarşımızda məsuliyyət müəyyənləşdirməklə, maliyyə imkanlarının səfərbər olunmasını, onların qorunub saxlanılmasını, həmin resurslardan məqsədyönlü, qənaətli və səmərəli istifadə üçün nizam-intizamın möhkəmləndirilməsini, dövlət auditi institutlarının daha təkmil olmasını zəruri edir. SİA xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin ASOSAI və ARABOSAI təşkilatlarının Birgə Toplantısının iştirakçılarına müraciətində qeyd edilib.“Bu baxımdan, dayanıqlı inkişaf və rəqəmsal iqtisadiyyata keçid şəraitində Toplantının hər iki mövzusu üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı müzakirəni təqdirəlayiq hesab edirəm. Belə ki, iqtisadi və sosial inkişafda və qlobal rəqabət mühitində üstünlüklərin əldə edilməsində süni intellekt texnologiyalarının inkişafı vacib rol oynayır. Süni intellekt dövlət idarəçiliyi, iqtisadi, sosial, təhsil, səhiyyə, müdafiə, təhlükəsizlik və digər sahələrə ciddi dəyişikliklər gətirir. Süni intellekt ekosisteminin formalaşmasını və inkişafını təmin etmək üçün dövlət və özəl sektor arasında əməkdaşlığın, elmi tədqiqatların gücləndirilməsi, innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilməlidir. Hesab edirəm ki, süni intellektin dövlət auditində tətbiqi auditin müstəqil nəzarət institutu kimi daha da inkişaf etməsinə və audit xidmətlərinin dayanıqlı inkişafına öz töhfəsini verəcək, bu sahədə mütərəqqi dünya təcrübəsinin öyrənilməsinə və tətbiqinə geniş imkanlar yaradacaq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.Azərbaycan Prezidenti bildirib ki, Toplantının ikinci mövzusu da olduqca əhəmiyyətlidir. İqlim dəyişikliklərinin təsirlərinin azaldılması və bu təsirlərə uyğunlaşmaq üçün fəaliyyətin davamlı olması böyük maliyyə vəsaiti tələb edir. Həmin vəsaitlərdən məqsədyönlü istifadənin, eləcə də şəffaflıq və hesabatlılığın təmin edilməsində isə ali audit orqanlarının iştirakı vacibdir. Azərbaycanın bu mövzu üzrə fəaliyyətlərə dəstək verməsi ötən il ölkəmizdə keçirilmiş mötəbər tədbirin – COP29-un timsalında bir daha təsdiq edilmiş oldu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 İyul 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri