Süni intellekt texnologiyalarının təhsildə tətbiqinə dair görüş Fotolar
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
28–29 may tarixlərində Dubay şəhərində yerləşən “Microsoft” İnnovasiya Mərkəzində Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti ilə “Microsoft”un regional komandası arasında süni intellekt və təhsil sahəsində əməkdaşlıq imkanlarına dair görüşlər keçirilib.
“Qafqazinfo” xəbər verir ki, nümayəndə heyətinə elm və təhsil nazirinin müavini Həsən Həsənli rəhbərlik edib.
Görüşlər zamanı süni intellekt texnologiyalarının təhsildə tətbiqi, məlumatların idarə olunması və təhsilə uyğunlaşdırılmış böyük dil modellərinin (LLM for Education) inkişafı mövzularında ətraflı fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində “Microsoft”un təhsildə transformasiya sahəsindəki yanaşması təqdim edilib, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər müzakirə olunub. Eyni zamanda, süni intellektin idarəetmə və tədris proseslərində praktiki istifadəsinə dair real nümunələr göstərilib.
Görüşlərdə təhsilə yönəlik böyük dil modellərinin (LLM) yaradılması üzrə texniki planlama sessiyaları təşkil olunub, etik və məsuliyyətli süni intellekt istifadəsinə dair "Microsoft"un yanaşması təqdim edilib.
Baş tutan görüş nəticəsində təhsilin rəqəmsal transformasiyasının sürətləndirilməsi, süni intellektin inteqrasiyası və proseslərin inkişafı baxımından yanaşmalar əlaqələndirilib.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 30 May 2025 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















