Icma.az
close
up
RU
“Süni intellekt və fundamental hüquqlar”

“Süni intellekt və fundamental hüquqlar”

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Bakıda keçirilən Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransı çərçivəsində "Süni intellekt və fundamental hüquqlar" adlı ikinci panel sessiya keçirilib.

Sessiya Amerika Vəkillər Assosiasiyasının üzvü Yunis Nəsibov moderatorluq edib.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı Dövlət Universitetinin müəllimi Kamil Dəmirli vurğulayıb ki, süni intellekt sistemi müxtəlif mənbələrdən məlumat toplaya bilər. “Süni intellekt sisteminin böyük həcmdə şəxsi məlumatları toplaması və emal etməsi mümkündür. Bu isə həmin məlumatlardan sui-istifadə edilməsi riskini yaradır", - deyə o vurğulayıb.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Hüquq departamentinin Korporativ hüquq qrupunun rəhbəri, vəkil Mübariz Əliyev çıxışında diqqətə çatdırıb ki, süni intellektin fundamental hüquqlarla bağlı əsas mənzərəni köklü şəkildə dəyişdiyini demək olmaz: "Bu hüquqlar istifadə edilən texnologiyadan asılı olmayaraq qüvvədədir. Başqa sözlə, qərarın insan, maşın və ya alqoritm tərəfindən qəbul edilməsindən asılı olmayaraq, həmin hüquqlar tətbiq edilir. Buna görə də onlar texnologiyadan asılı olmayan neytral hüquqlardır. Lakin düşünürəm ki, burada müzakirə edə biləcəyimiz əsas məsələ süni intellektin fundamental hüquqlara necə təsir göstərməsidir. Belə ki, süni intellekt mövcud fundamental hüquqlara təzyiq göstərir. Bu təzyiq isə həmin hüquqların tətbiq dairəsi və qaydaları baxımından yeni formalar almasına səbəb olur".

Hüquq üzrə fəlsəfə doktoru Elvin Balacanov bildirib ki, kibertəhlükəsizlik baxımından süni intellekt əksər hallarda hücumların imkanlarını və təsir gücünü artıran bir vasitədir. Çünki o, hücumları daha sürətli həyata keçirməyə, onların miqyasını genişləndirməyə və daha inandırıcı etməyə imkan verir: "Məsələn, süni intellekt hücum edən şəxslərə bu prosesi avtomatlaşdırmaqda kömək edir. Onlar hədəflərini təhlil etmək, aldatma üsullarını və taktikalarını daha inandırıcı etmək üçün süni intellektdən istifadə edə bilərlər".

Panel müzakirə sual-cavab sessiyası ilə yekunlaşıb.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see352

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see331

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see312

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see311

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see277

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see273

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see262

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see255

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see208

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see206

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see204

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see193

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri