Icma.az
close
up
RU
Süni intellekt və rəqəmsallaşma ilə bağlı görülən işlər texnoloji sahədə Azərbaycanın inkişafını sürətləndirəcək ŞƏRH

Süni intellekt və rəqəmsallaşma ilə bağlı görülən işlər texnoloji sahədə Azərbaycanın inkişafını sürətləndirəcək ŞƏRH

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin AMEA-nın 80 illiyində etdiyi çıxışda süni intellekt, rəqəmsallaşma məsələlərinə toxunması bu sahələrin ölkə rəhbərliyinin diqqətində olduğunu göstərir. Prezidentin həmin çıxışdakı əsas məqsədi ondan ibarət idi ki, gələcəkdə Azərbaycan dünyanın aparıcı texnoloji trendlərinə qoşularaq, süni intellekt və rəqəmsallaşma istiqamətində görülən işlər nəticəsində bu sahədə öncül mövqe qazansın.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın artıq Süni İntellekt Strategiyası təsdiqlənib və bu istiqamətdə konkret işlərə başlanılıb. Konsepsiya həm hüquqi, həm texnoloji, həm də təşkilati məsələləri əhatə edir: “Hüquqi istiqamətdə süni intellektin yarada biləcəyi potensial risklərin və təhlükələrin qanunvericilik çərçivəsində tənzimlənməsi nəzərdə tutulub. Texnoloji istiqamətdə isə süni intellekt infrastrukturunun formalaşdırılması və bu infrastrukturun yaradıcı insanlar üçün əlçatan olması hədəflənir. Bundan əlavə, dövlət qurumlarının bu sahəyə inteqrasiyası məsələsi də ön plana çıxarılıb. Yəni hər bir qurumun ayrıca layihə həyata keçirməsindən daha çox, vahid nəzarət və koordinasiya sisteminin yaradılması planlaşdırılır. Bu isə resursların səmərəli istifadəsini və ölkə üzrə ümumi strateji istiqamətin qorunmasını təmin edəcək”.

Prezident İlham Əliyevin çıxışındakı digər mühüm istiqamət - rəqəmsallaşma barədə danışan F.Pərdəşünas bildirib ki, Azərbaycan dövləti artıq rəqəmsal hökumətə keçid edib, bir çox sənədlər rəqəmsal status alıb və bu istiqamətdə mühüm qərarlar qəbul olunub. “Son nümunə kimi rəqəmsallaşmanın diaqnostikası qərarını göstərmək olar. Həmin qərara əsasən, hər bir dövlət qurumu il ərzində rəqəmsal diaqnostikadan keçəcək və onların rəqəmsallaşma səviyyəsi qiymətləndiriləcək. Nəticələrə görə qurumlar dörd kateqoriyaya bölünəcək və bu əsasda hər birinə fərqli inkişaf konsepsiyaları hazırlanacaq. Bu isə onu göstərir ki, dövlət artıq rəqəmsallaşmanı formal deyil, real, ölçülə bilən nəticələr əsasında idarə edəcək. Eyni zamanda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən “MyGov” platforması təqdim olunub. Bu platforma vasitəsilə vətəndaşlar sənədlərini rəqəmsal şəxsiyyət vəsiqəsi vasitəsilə bir kliklə əldə edə bilirlər”, - deyə o əlavə edib.

Texnobloger diqqətə çatdırıb ki, dövlət qurumlarının sistemlərinin inteqrasiyası, məlumat bazalarının birləşdirilməsi və vahid xidmət platformasının yaradılması kifayət qədər mürəkkəb məsələdir. Buna baxmayaraq, çox böyük işlər görülür: “Dövlətimizin başçısı qeyd edib ki, bu sahədə görülən işlərin bəziləri ictimaiyyətin diqqətindən qaçır, lakin arxa planda çox geniş və çətin proseslər həyata keçirilir. Hazırda bu inteqrasiya prosesi uğurla davam edir və vətəndaş artıq bir tətbiq vasitəsilə bütün dövlət xidmətlərinə çıxış imkanı qazanır. “MyGov” və “SİMA” tətbiqləri bunun bariz nümunəsidir. Bu addımlar nəticəsində Azərbaycan həm dövlət, həm də özəl sektor səviyyəsində tam rəqəmsal dövlət kimi formalaşır. Qeyd etmək lazımdır ki, bu sahədə Azərbaycanın təcrübəsi artıq bir çox Avropa ölkələrinin göstəricilərini belə geridə qoyur. Çünki ölkəmiz bu keçidi çox qısa zamanda və sürətlə həyata keçirib, bürokratik əngəlləri minimuma endirib”.

Azərbaycan dövlətinin prioritetləri sırasında süni intellekt, rəqəmsallaşma və yüksək texnologiyaların xüsusi yer tutduğunu deyən Fərid Pərdəşünas qeyd edib ki, Prezident İlham Əliyev həm dövlət qurumlarını, həm də elm adamlarını və yaradıcı şəxsləri bu məsələdə fəal olmağa çağırıb.

“Dövlətimizin başçısı, həmçinin Azərbaycan alimlərinə müraciət edərək, bu sahədə elmi araşdırmaların vacib olduğunu vurğuladı. Çünki süni intellektin inkişafının əsasını məhz elmi tədqiqatlar təşkil edir. Qəbul olunan konsepsiyalar və sənədlər də bu insanlara dəstək mexanizmlərinin yaradılmasını nəzərdə tutur. İnfrastruktur və qanunverici baza formalaşdırıldıqdan sonra növbəti mərhələdə elmi və praktiki nəticələrin əldə olunması vacibdir. Bu baxımdan alimlərin, Elmlər Akademiyasının və elmi institutların üzərinə mühüm vəzifələr düşür. Hər bir halda, süni intellekt və rəqəmsallaşma istiqamətində aparılan işlər texnoloji sahədə Azərbaycanın inkişafını sürətləndirəcək, innovasiyaya əsaslanan yeni iqtisadi modelin formalaşmasına zəmin yaradacaq və ölkəmizi regionda rəqəmsal lider mövqeyinə gətirəcək”, - deyə o vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see265

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see251

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see233

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see200

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see185

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see163

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see154

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see154

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see151

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see143

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see143

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see143

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see141

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see138

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see138

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see137

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see135

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see134

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see133

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri