Icma.az
close
up
RU
Süni intellekti dost bilmək təhlükəlidir?

Süni intellekti dost bilmək təhlükəlidir?

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son zamanlar süni intellektlə, xüsusilə də “ChatGPT” ilə insanlar arasında yaranan yaxın münasibətlər diqqət çəkir. Bəzi insanlar sosial həyatdan uzaqlaşıb, saatlarla süni intellektlə söhbət etməyə üstünlük verirlər. Hətta amerikalı bir qadın “ChatGPT”yə aşiq olub və buna görə 20 illik ərindən ayrılıb. Artıq insanlar ətrafındakıların onları anlamadığını, süni intellektin dinləyici və məsləhətçi kimi daha etibarlı olduğunu düşünür. Bəs bu cür davranışlar nədən xəbər verir – depressiya, emosional boşluq, yoxsa daha dərin psixoloji problemlər?

Psixoloq Gülnar Orucova Metbuat.az-a açıqlamasında insanın ömrünün istənilən yaş dövründə - istər körpəlik, istər yeniyetməlik, istər orta yaş, istərsə də ahıl yaş dövründə sevgiyə, diqqətə və qayğıya ehtiyacı olduğunu deyib.

Onun sözlərinə görə, insan bunu yaxınlarından, ailəsindən görmədikdə onu fərqli yerlərdə axtarmağa çalışır:

“Bu gün bir çox insan süni intellekt əsaslı çatlara müraciət edir. Əslində, bu çatların müəyyən üstünlükləri var. Məsələn, istədiyin zaman hər hansı bir narahatlığını yaza bilirsən və sənə yaxşı bir məsləhət verilə bilər, yaxud hansı həkimə müraciət etməli olduğunu deyə bilirlər. Bu baxımdan faydalı ola bilir. Amma burada bir məsələ də var ki, bəziləri bu çatları psixoloq kimi görməyə başlayır və ona bu yöndə suallar verir. Hətta bəzi istifadəçilər süni intellekti artıq bir insan kimi qəbul edir. Bu isə tənhalıqdan, sevgisizlikdən və həyatdakı boşluqlardan qaynaqlanır. Yaxınlarından görmədikləri sevgi və diqqəti süni intellektdə axtarırlar”.

G.Orucova süni intellektə bağlanmağın sevgisizliyin əlaməti ola biləcəyini söyləyib. Süni intellekt davamlı olaraq insanlara psixoloji dəstək xarakterli sözlər söylədikcə, onlar real həyatda ünsiyyət qurmaqda, dost tapmaqda çətinlik çəkə bilərlər.

Psixoloq qeyd edib ki, son dövrlərdə yeniyetmələr arasında süni intellektdən istifadə artıb:

“Onlar daha çox dərslərlə bağlı tapşırıqları həll etdirmək üçün müraciət edirlər. Bu isə gələcəkdə onların düşünmə qabiliyyətinin və intellektual inkişafının zəifləməsinə səbəb ola bilər. Əgər onlar sadəcə cavabları almağa yönəlirlərsə, bu, onların savadsız yetişməsinə gətirib çıxara bilər. Əgər gənclər və yeniyetmələr bu texnologiyalara həddindən artıq bağlanarsa, bu, savadsızlığa və real həyat bacarıqlarının zəifləməsinə səbəb ola bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 29 Aprel 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see400

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see396

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see384

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see263

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see255

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see240

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see216

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see215

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see177

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri