Icma.az
close
up
RU
Gənclərimiz diplom almaq üçün yox,.. SOSİOLOQ RƏY BİLDİRDİ

Gənclərimiz diplom almaq üçün yox,.. SOSİOLOQ RƏY BİLDİRDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"İllərdir biz, Azərbaycan təhsil sisteminin – xüsusilə də orta məktəbdən sonrakı mərhələlərdə, yəni peşə məktəbləri, müxtəlif sənətlərlə bağlı ixtisaslaşmış təhsil ocaqları və ali məktəblərdə – müasir dövrün tələblərinə cavab vermədiyini, cəmiyyətin və dünyanın sürətli inkişafı ilə ayaqlaşmadığını bildirirdik. Təəssüf ki, bu sahədəki boşluqlar gənclərin təhsildən və əmək bazarından düzgün şəkildə bəhrələnməsinə əngəl olur". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, son illərdə isə bu problemlərə əlavə olaraq robotlaşma, avtomatlaşma, süni intellektin geniş tətbiqi, informasiya texnologiyalarının və iqtisadi modelin sürətlə dəyişməsi, kənd təsərrüfatı da daxil olmaqla bir çox sahədə texnologiyanın təsiri kimi faktorlar da əlavə olunub. Beləliklə, təhsil sistemi ilə real həyat arasındakı uçurum daha da böyüyüb. Bu da bir sıra sosial və iqtisadi çətinliklərin yaranmasına səbəb olur: "Həmişə bu fikrin tərəfdarı olmuşam ki, Azərbaycanda formalaşan təhsil kapitalı, yəni gənclərimizin potensialı xarici ölkələrə axıdılmamalıdır. Xüsusən də Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan və digər yaxın ölkələrdə fəaliyyət göstərən, səviyyəsi aşağı olan universitetlərə üz tutan gənclər təkcə akademik baxımdan yox, həm də mənəvi və milli dəyərlər baxımından zəifləyirlər. Bu gənclər zamanla dövlətçilik və millilik ruhundan uzaqlaşır, cəmiyyətin nəzarətindən kənarda qalaraq hansı istiqamətə yönələcəkləri qeyri-müəyyən olur.

Halbuki onlar ölkədə təhsil alsaydılar, həm daha səmərəli, həm də peşəkar mütəxəssislərə çevrilə bilərdilər. Onların bilik və bacarıqları cəmiyyətin inkişafı üçün faydalı ola bilərdi. Lakin gənclərimiz xaricə üz tutduqda, həm ailələri, həm də dövlət üçün əlavə maliyyə və mənəvi yük yaranır. Ən pisi isə onların gələcək taleyi və ideoloji yönü ilə bağlı narahatlıqdır. Bu problemlərin qarşısını almaq üçün kompleks yanaşma tələb olunur. İlk növbədə, ali məktəblərə qəbul prosesi daha şəffaf və əlçatan olmalıdır. Eyni zamanda, orta məktəblərin buraxılış imtahanlarının səviyyəsi yüksəldilməli, bu mərhələdə şagirdlərin real bilikləri ciddi şəkildə yoxlanmalıdır. Təhsil pillələri arasında uyğunluq yaradılmalı, orta təhsil ali təhsilə sağlam zəmin hazırlamalıdır.

Bölgələrdə yeni universitetlər, startap mərkəzləri və müasir təhsil infrastrukturunun yaradılması vacibdir. Bu həm bölgələrin inkişafına təkan verər, həm də Bakıya və xaricə olan gənc axınının qarşısını alar. Həmçinin, ali məktəb məzunlarının işlə təmin olunması üçün dövlət strukturları və özəl sektor birgə əməkdaşlıq etməli, təhsil alan hər bir gənc gələcək karyerasına ümidlə baxmalıdır. Diplom yalnız kağız parçası deyil, gəncin sahib olduğu real bilik və bacarıqların göstəricisi olmalıdır. Bu səbəbdən ali təhsil müəssisələrinin fəaliyyətinə nəzarət gücləndirilməli, təhsil real həyatın tələblərinə uyğunlaşdırılmalıdır.

Diplomlu, lakin işsiz gənclərin sayının artması isə sosial təhlükəyə çevrilməkdədir. Gənclərin öz peşəsində işləyə bilməməsi onların potensialını məhv edir və ölkənin resurslarının səmərəsiz istifadəsinə gətirib çıxarır.

Son dövrlərdə demoqrafik azalmanın və gənc işçi qüvvəsinin xaricə axınının artması bu məsələnin nə qədər ciddi olduğunu göstərir. Əgər bu tendensiya davam etsə və biz məsələyə biganə yanaşsaq, ölkənin sosial-iqtisadi inkişafı ciddi şəkildə ləngiyəcək. Bu baxımdan, bölgələrdə real iş yerlərinin yaradılması, peşə təhsilinin gücləndirilməsi və universitetlərin yalnız tədris müəssisəsi kimi deyil, həm də sosial və iqtisadi inkişaf mərkəzi kimi fəaliyyət göstərməsi son dərəcə vacibdir. İnsanlar yalnız Bakıya və xaricə üz tutmaq məcburiyyətində qalmamalıdır. Əgər biz bölgələrdə həm keyfiyyətli təhsil, həm də layiqli iş imkanları yarada bilsək, bu axının qarşısını almaq mümkündür.

Nəticə olaraq əsas fikir budur: təhsilə olan münasibət dəyişməlidir. Gənclərimiz diplom almaq üçün yox, real bilik və bacarıq əldə etmək, cəmiyyətə faydalı olmaq və öz gələcəyini qurmaq üçün oxumalıdır. Yalnız bu halda təhsil sistemi ölkənin inkişafına xidmət edə bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 İyul 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see235

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see152

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see144

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see140

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri