Icma.az
close
up
RU
Süni intellektin insanlara təsirləri NƏLƏRDİR?

Süni intellektin insanlara təsirləri NƏLƏRDİR?

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Süni intellekt müasir dövrdə həyatın bir çox sahəsində inqilabi dəyişikliklər yaradır. Texnologiya, tibb, təhsil, media və biznes kimi sektorlarda avtomatlaşdırma və məlumatların analizi vasitəsilə effektivliyi artırır. Süni intellekt insan əməyini tamamlayan, bəzən isə əvəz edən sistemlər yaradaraq istehsalın sürətini və keyfiyyətini yüksəldir. Eyni zamanda, jurnalistika və yaradıcılıq sahələrində də süni intellekt alətləri yeniliklər gətirir, lakin etik məsələlər və insan iş yerlərinə təsiri barədə müzakirələr də aktuallığını qoruyur. Hazırda süni intellekt texnologiyalarının inkişafı cəmiyyətin gələcəyini formalaşdıracaq əsas faktorlar arasında ön sıradadır. Bəs insanların həyatına süni intellekt necə təsir edir? Həmçinin insanlar bunların müsbət və mənfi tərəfləri haqqında nələr düşünür? SİA bu barədə vətəndaşların fikirlərini öyrənib.

Şəhər sakini Mehriban Həsənzadə: "Süni intellekt vasitəsilə daha qısa zamanda məlumatlar əldə edə bilirik. Eyni zamanda mən ChatGPT-dən istifadə edirəm. Tapşırığı, dərslərimi çatdıra bilməyəndə ondan istifadə edərək həll edirəm. Amma mənfi cəhətlərdən biri də ondan ibarətdir ki, insan beyni getdikcə zəifləyir. Yəni süni intellektə sual verən zaman insan beyni istifadə olunmadan cavab verir. İnsanlar əqli cəhətdən geriliyə gedirlər. Ən faydalı müsbət cəhətlərdən biri də insan tez bir zamanda informasiya əldə edə bilir. Mən düşünürəm ki, gələcəkdə süni intellekt insanlığın sonunu gətirə bilər. Artıq xarici ölkələrdə kafe, restoranlarda robotlardan istifadə edirlər. Hətta sosial şəbəkədə bir xanımın əşyalarını robotun daşıdığını görmüşdüm. İnanıram ki, bu yavaş-yavaş Azərbaycana da gələcək".

Şəhər sakini Nazənin Səmədova: "Artıq bir neçə ildir ki, robotların həyatımıza tətbiq olunmasında çox xeyirlər görürük. Əsasən məişət texnikalarında, ümumilikdə məişətdə süni intellektin çox böyük faydalarını görürük. İctimaiyyətdə, avtovağzallarda, aeroportlarda olması yeni inovasiyanın inkişafından xəbər verir, həm də həyatımızda zərəri yoxdur. Gələcəkdə robotlar bütün iş yerlərini ələ keçirəcək söhbəti tamamilə yanlışdır, çünki həmin robotların da istifadəsi üçün insan faktoruna ehtiyac duyulacaq".

Məktəbli Aytac Məmmədova: "Müsbət tərəfləri ondan ibarətdir ki, sənin işini asanlaşdırırlar, amma mənfi tərəfi isə sənin paslanmağına gətirib çıxarır. Yəni demək olar bütün işini robot özü görür. Məsələn, mən riyaziyyat fənnindən bəzi misalların həllərini bilmədiyim zaman süni intellektdən kömək alıram. O zaman işim qısa zamanda həll olur. Mən süni intellektin gələcəkdə daha da inkişaf edəcəyini görürəm, lakin bunu heç də yaxşı qiymətləndirmirəm. Çünki zaman keçdikcə insan paslanacaq və məsuliyyətsiz olacaq".

Şəhər sakini Nərmin Sadıqova: "Süni intellekt vasitəsilə bir çox insanların işləri rahatlaşır və çox qısa zamanda müsbət nəticələr əldə edə bilirik. Lakin mənfi tərəflərdən baxdıqda isə bir çox insanlar işsizlikdən əziyyət çəkə bilər, yəni işsiz qala bilərlər. Gələcəkdə robotlar bir çox işləri ələ keçirsə də, bütün hamısını ələ keçirə bilməz. Elə bir peşələr var ki, insanların duyğularına əhəmiyyət verirlər. Psixologiya yaxud bunun kimi digər sahələrdə insan əməyi daha üstün tutulur. Robot insanları anlamaqda çox çətinlik çəkəcək".

Şəhər sakini Fidan Cabbarova: "Süni intellekt vasitəsilə günü-gündən insanlar passivləşir, işlərini görmək daha rahat hala gəlir. Məsələn əvvəllər qabları özümüz yuyurduqsa, indi qabyuyan maşın o işi həll edir. İnsanın əlindən tutması, yardımcı olması insanın işini rahatlaşdırır, bu çox yaxşı tərəfidir. Amma istifadəsi insanın özündən asılıdır ki, hər şeyi qaydasında etsin. "ChatGPT" çox yararlı proqramdır. "Safari" proqramında yazı yazan zaman əlavə saytlar açılır, bir çox reklamlara rast gəlirsən. Yəni rahatlıqla məlumat əldə etmək olmur. "Wikipedia" isə getdikcə köhnələn platformadır və bəzi məlumatları reallığı əks etdirmir".

Şəhər sakini Ayxan Məhhərmov: "Süni intellektin mənfi tərəflərindən biri odur ki, çox insanlar dərsin yazısını, izahatını əzbərçilik edərək istifadə edirlər. Yəni dərsi öyrənmirlər, birbaşa dərsi kopyalayıb çıxarırlar. Lakin bununla yanaşı onu yazıb izahını öyrənməyə çalışsalar çox yaxşı olar. Bu isə bunun müsbət tərəfidir. Süni intellektin artıq dərəcədə istifadəsi ziyanlıdır. İnsan özü nəyisə əldə etmək istəyirsə çalışmalıdır, yalnız robotdan asılı olmaq düzgün deyil. Məncə gələcəkdə süni intellekt nəqliyyat vasitələrini ələ keçirəcək".

Şəhər sakini Murad Nuralıyev: "Süni intellektin müsbət tərəfləri çoxdur. Çünki hər hansı informasiya axtaran zaman ilk növbədə süni intellektə müraciət edirik. Özümüz informasiya axtarmağa tənbəllik çəkirik. Bəzi insanlar süni intellekti zərər vermək üçün istifadə edirlər. Bu da onun mənfi tərəflərindən biridir. Hər hansısa səsi kopyalayıb internetdə paylaşırlar, insanların şəkillərini montajlayırlar. Gələcəkdə fikrimcə, süni intellekt tibbdə çox geniş yayılacaq. Artıq nanotexnologiyalar tərəfindən inkişaf başlayıb. İnternetdə də eyni zamanda süni intellekt geniş vüsət alacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Yanvar 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri