Icma.az
close
up
RU
Geyim, moda bizim üçün nədir? REPORTAJ

Geyim, moda bizim üçün nədir? REPORTAJ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Moda – bu anlayış müxtəlif zamanlarda müxtəlif cəmiyyətlərdə meydana gələn geyim stillərini özündə ehtiva edir. Ümumi anlayışlar: incəsənət, memarlıq, ədəbiyyat və yemək kimi bir çox mövzudan ibarət ola bilir. Bir müddət əksər insanlar tərəfindən bəyənilən bir şey də bu cür adlandırıla bilər. Moda sadəcə geyim deyil. Makiyajın da modası var, çantaların da.. Musiqi, ədəbiyyat, kino, teatr, alış-veriş kimi bu cür fəaliyyət növləri də bu anlayışa daxildir.

Modanın tarixçəsi minlərlə il öncəyə qədər gedib çıxır. Çinlilərin ayaqlarını kiçiltmək üçün əziyyətə qatlaşmaları, Babilli və Assuriyalı kişilərin kobud və saçaqlı geyimlər geyinmələri belə öz çağlarına görə modanın əlamətləridir.

19 və 20-ci yüzillərdə isə bu işlərlə məşğul olmaq xüsusi ixtisas sahəsi halına gələrək “Moda evi” adı altında ortaya çıxdı. Moda xalqların keçmişinə aid adət-ənənə və sənət yönündə meydana gətirdikləri yeniliklərin yanında zövqləri, namus və əxlaq anlayışları, iqtisadi vəziyyətləri haqqında da gələcəyə məlumat verməkdədir. İyirminci yüzilin yarılarından sonra moda bir çox mövzularda insanlara önçülük edən, hətta onları istiqamətləndirib çeşidli davranışlara sövq edən ən vacib faktorlardan oldu. Bu baxımdan geyim və ya bəzəkdə görüldüyü kimi düşüncə sahəsində insanların davranışlarında bu kimi axınlar təsirli olmağa başladı.

Geyim, moda bizim üçün nədir? Bu yayın modası necə olacaq? SƏS TV mövzu ilə bağlı modelyer, sosioloq və şəhər sakinlərinin fikirlərini öyrənib.

Şəhər sakini Cavid Əliyev: "Geyim insanın xarakterini göstərir. Çünki insanın səliqəli geyinməsi, özünə qiymət verməsi, özünə baxış tərzi, məncə, onun geyimindən bilirsən ki, o insan necə biridir. Müəllim var ki, on ilin geyimini elə səliqəli geyinir ki, sanki dünən alıb. Elə adam da var ki, bir köynəyə 100 manat pul verir, amma baxırsan ki, bir aydır əynindən çıxmır. İlk iş görüşməsində də geyimin önəmi çoxdur. Orta geyinmək lazımdır. Sport geyinib getsən, əlbəttə ki, səni qəbul etməyəcəklər. Klassik geyimlə getmək lazımdır".

Şəhər sakini Lalə Şirin: "Geyim elə bir şeydir ki, insanı təqdim edir. Tutduğu vəzifədən, işlədiyi yerdən asılı olaraq insanın geyimi onu bildirməlidir. Müəllim rəngbərəng geyinsə, yaxşı çıxmır, müəllimin,həkimin öz geyimi olmalıdır. Belə düşünürəm ki, geyim bəzən insanın xarakterini də göstərə bilir. Bəlkə, gənclərimiz bunu hələ bilmirlər. Ancaq o barədə məlumat olsa, çox yaxşı olar. Bilsinlər ki, təkmilləşdirsinlər. Hansı sənətin arxasınca gedirlərsə, ona uyğun da geyim olmalıdır. Xarakter də belədir ki, insana baxanda geyimindən bilinir ki, o insan necə xarakterə malikdir. İndi hamı o qədər rəngarəng geyinir ki, sərbəstlik var. Hətta deyərdim ki, normadan da çıxırlar. Hər halda yenə milliliyimizi qoruyub saxlasaq, daha yaxşı olar. Yaşımıza uyğun gəyinsək, daha yaxşı olar. Bəzən görürsən ki, yaşlı insan yaşıllığını qəbul etmək istəmir, yaşına uyğun geyinmir. Bəlkə də, həmin insan o geyimdə özünü rahat hiss edir, amma qıraqdan yaxşı görünmür".

Şəhər sakini Nurəddin Qarayev: "Məncə, geyim xarakteri göstərə bilər. Bir insanın xarakteri onun geyimindən asılıdır. İnsan əgər iş görüşünə gedirsə, məncə, sport yox, klassik geyinməlidir. Geyim insanı təqdim edir. İş görüşməsinə gedirsənsə, özünü yaxşı cəhətdən təqdim etməlisən. Bəzi gənclər var ki, onların geyimini bəyənirəm. Çox vaxt gənclərimiz mentalitetə uyğun geyinir".

Şəhər sakini İlkin Rüstəmov: "İşə gedəndə klassik forma daha yaxşı olar. İnsanı daha səliqəli, işinə daha məsuliyyətli olduğunu göstərir. Gəzməyə gedəndə isə rahat geyim daha məqsədəuyğundur. Hamı dəblə ayaqlaşır demək olmaz. Məncə, bəziləri dəblə ayaqlaşır. Hamının geyimini bəyənmirəm. Mən boş geyimləri daha çox bəyənirəm. İş görüşməsində də geyim işə qəbul üçün önəmlidir".

Şəhər sakini Fərhad Kərimov: "Məncə, geyim xarakteri göstərmir. Çünki hərənin geyimi fərqlidir, daxili isə başqadır. İnsanı tanımaq lazımdır. Kiminsə paltarına görə kimsə fikir deyə bilməzsən, gərək xüsusi fərqləndirən paltar olsun. Yoxsa adi paltara görə heç kimə söz demək olmaz. Hərənin öz geyimi var. Məncə, gənclər səliqəli və yaxşı geyinirlər".

Sosioloq Üzeyir Şəfiyev: "Bilirik ki, moda məsələsi bu gün çox geniş yayılmış bir anlayışdır. Bu bir qədər industriya halını alıb. Müxtəlif sahə adamları özəlliklə də, ticari sahədə olanlar, istehsal sahəsində olan aktorlar moda industriyasının əsas istiqamətvericilərinə çevrilib və onlar bu tərzləri diqtə edirlər. Çünki bu böyük dvidend gətirən indsutriya halına gəlib.

Moda tərz deməkdir. Bu tərzi də cəmiyyət inkişaf etdikcə, sivilləşdikcə daha çox elitar tərzdə prioritet olub. Sonra bu, kütləviləşməyə başlayıb. Bir sıra aktorlar diktə edirlər. Yəni ki, istehsalat sahəsində bir sıra qüvvələr bu tərzləri diktə edirlər və hamının malına çevirirlər. Bu da şübhəsiz ki, insanların xarakterinə təsir göstərir. Bəzən insanlar modanın təsiri altında öz tərzlərini müəyyənləşdirirlər. Bu, həmişə uğurlu alınmır. Diqtə olunan moda bəzən insanın ruh halına təsir edir. Hər nə qədər geyim dəbdə olsa da, bu dəb hər kəsdə özünü doğrultmur. Ona görə də, ən adekvat olan odur ki, insanlar özlərinə rahat bildiyi tərzləri seçsinlər, nəinki diqtə olunan dəbi.

Moda trend ola bilər, ancaq hər insana uyarlı olmaya bilir. İnsanlar hansı paltarda özlərini yaxşı, özgüvənli hiss edirlərsə, onu tərcih etsinlər. Hökmən deyil ki, diqtə olunan dəbi seçsinlər. Qlobal səviyyədə burada işbazların da rolu var. İstehlak bazarına təsir etmək üçün hansısa bir geyimi moda kimi diktə edirlər və nəticədə həmin sahə üzrə böyük gəlir əldə edirlər.

Hesab edirəm ki, ən yaxşı dəb insanın özünün ruhunun uyduğu, özünü özgüvənli hiss etdiyi tərzdir. İnsanlar məhz daxili harmoniyası ilə elan olunan moda arxasında bir uyarlılıq hiss etmirsə, bunu qəbullanmamalıdırlar".

Modelyer Şəlalə Maqsudova: "Bilirik ki, moda hər fəsildə, hər yayda moda aləmində dəyişikliklər olur. Həm bicimlərdə, həm rənglərdə, həm parçalarda dəyişiklik olur. İlk növbədə rəngləri vurğulamaq istərdim. Rənglərdə 2025-ci ilin yaz kolleksiyasında zeytunu rənglərin tonları, birdi rəngləri, şabalıdı rənglər, boz, qaymağı rənglər daha çox gündəmdə olacaq. Bununla yanaşı klassikanın şahı olan ağ-qara rənglər hər zaman, hər fəsildə gündəmdə olur. Artıq qalın parçalardan kətan parçalara keçid edirik. Cinslər daha çox dəbdə olacaq. Nazik trikotaj parçalar gündəmdə olacaq. Biz qış kolleksiyasına fikir versək, görərik ki, qış kolleksiyasında əksər geyimlər boş bədən ölçüsündən, böyük hazırlanır. Yaz kolleksiyasında da bu tendensiya davam edəcək. Daha çox boş paltarlar, trapes, gen-bol biçilmiş ətəklər, bol şalvarlar, böyük bədən ölçüsündə koftalar, pencəklər gündəmdədir. Hazırlanmış pencəkləri geyinərkən nazik kəmərlərlə taxılaraq daha çox seçiləcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 May 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1043

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see441

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see348

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see345

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see247

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see235

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see231

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see223

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see212

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see210

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see203

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see196

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see189

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see185

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see182

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see180

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see178

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri