Icma.az
close
up
RU
“Qız nədir, idman nədir?”: Qadın boksçular cəmiyyətin baxışını dəyişir REPORTAJ

“Qız nədir, idman nədir?”: Qadın boksçular cəmiyyətin baxışını dəyişir REPORTAJ

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 3 noyabr, Aynur Əlixanlı, AZƏRTAC

Azərbaycan boksu uzun illərdir beynəlxalq arenalarda öz uğurları ilə tanınır. Olimpiya və Avropa çempionatlarında kişilər arasında qazanılan medallar boksu ölkəmizdə ən populyar idman növlərindən birinə çevirib. Son illərdə isə diqqət tədricən qadın boksuna yönəlir. Yəni, hələ tam oturuşmamış, amma böyük potensiala malik bir istiqamətə…

Qadın boksundakı bu yüksəlişi daha yaxından izləmək üçün AZƏRTAC məşq zallarına üz tutub və idmançılarla söhbətləşib.

Azərbaycanda bir vaxtlar qadınların bu idman növünə marağı az olsa da, sevindiricidir ki, indi vəziyyət dəyişməyə doğru gedir. Son illərdə boksla məşğul olan qızların sayı xeyli artsa da, bir çoxları hələ də rinqə çıxmağa tərəddüd edir, bəziləri isə cəmiyyətin baxışından çəkinir.

Əməkdar məşqçi Habil Hümbətov döyüş idman növləri ilə məşğul olmaq istəyən qızların sayının daha az olmasının səbəbini mentalitetlə əlaqələndirib: “Cəmiyyətdə qadınların bu cür idman növlərində arxa planda qalması hallarını müşahidə edirik. Qadınların idmanla məşğul olmasına fərqli münasibət var. Bu səbəbdən də idmana maraq göstərən qızlarımızın sayı oğlanlardan daha azdır. Amma son illər qazanılan nəticələrə baxsaq, inkişafın getdiyini söyləyə bilərik. Yeniyetmələrdə daha yaxşı nəticələr əldə etməyə başlamışıq. Əminliklə deyə bilərəm ki, bu uşaqlar gələcəkdə ölkəmizi Olimpiadada layiqincə təmsil edəcəklər”.

Beynəlxalq dərəcəli idman ustası Azərbaycanda qadın boksunun qonşu ölkələr olan Qazaxıstan, Özbəkistan, Türkiyə və Rusiyadan inkişaf baxımından heç də geri qalmadığını söyləyib: “Sözsüz ki, adlarını sadaladığım ölkələrdə qadın boksuna maraq daha yüksək səviyyədədir. Biz də buna nail olmaq istəyirik. Amma ən son keçirilən Avropa çempionatı və bir sıra beynəlxalq yarışlarda qızlarımızın yaxşı nəticələrinin şahidi olduq. Sevindirici haldır ki, onlar Vətənə əliboş qayıtmadılar”.

H. Hümbətovun da vurğuladığı kimi, cəmiyyətdə qadın boksuna münasibət öncəki illərlə müqayisədə daha müsbət hal alıb. Əgər əvvəllər bu idman növü “kişilərə xas” sayılırdısa, indi gənc qadınlar rinqdə öz güclərini sərgiləməkdən çəkinmirlər. Onlardan biri də Azərbaycanın boks tarixində 4 döyüş keçirərək medal qazana bilən yeganə idmançılardan olan Nəsrin Abdullazadədir.

40 kiloqram çəkidə çıxış edən 14 yaşlı boksçu buna Monteneqrodakı Avropa çempionatında Macarıstan, Türkiyə, İrlandiya və İngiltərə idmançılarına qalib gələrək nail olub. Qitə çempionatını gümüş medalla tamamlayan gənc boksçu deyir ki, əvvəlcə bu idman növünü maraq üçün sınasa da, zaman keçdikcə həyatının önəmli parçasına çevrilib: “İdmana özünümüdafiə üçün başlamışdım. İlk olaraq, gimnastika ilə məşğul olmağıma baxmayaraq, sonradan fikrimi boksa yönəltmək qərarına gəldim. Ailəm bu qərarı verməyimdə böyük rol oynadı. Özümü bu idman növündə çox xoşbəxt hiss edirəm. İnkişafımı görəndə daha da motivasiyalı oluram”.

O, boksu digər idman növlərindən fərqləndirib: “Boks daha çox intizam tələb edən idman növüdür. Fikrimcə, boksla məşğul olan insanlarda fərqli xarakter formalaşır. Sanki daha mübariz ruhlu olurlar”.

İdmançı yüksək nəticə üçün əsas faktorun səbir olduğunu bildirib: “Bu, idmandır. Qalib gəlmək də, məğlub olmaq da normaldır. Əgər yaxşı idmançı olmaq istəyirsənsə, həvəsdən düşməməlisən və səbirli olmalısan. Növbəti yarışlarda daha yaxşı nəticə göstərəcəyinə dair özünə güvənməlisən”.

Hazırda Azərbaycanda xeyli sayda istedadlı boksçu var. Sadəcə, onlara sistemli şərait yaratmaq və uzunmüddətli planla işləmək lazımdır. İctimai baxış get-gedə dəyişdiyi üçün yaxın illərdə Azərbaycanın qadın boksçularının Avropa səviyyəsində sabit nəticələr göstərəcəyinə dair ümidlər böyüyür.

Ölkəmizin ev sahibliyi etdiyi III MDB Oyunlarında fəxri kürsüyə qalxmağı bacaran 16 yaşlı qız boksumuz Azərpur Mirrüqəyya növbəti yarışlarda bürünclə kifayətlənmək istəmədiyini vurğulayıb: “Gələcək turnirlərdə daha yüksək nəticələr üçün vuruşacağam. MDB Oyunlarında komanda olaraq çox yaxşı nəticələr qazandıq. 6 qız idmançımız finalda çıxış etdi. Bu, çox gözəl təcrübə idi. Özbəkistan, Qazaxıstan kimi boksda öz sözünü demiş ölkələrin idmançılarına qalib gəldik. Düşünürəm ki, bu, qadın boksu üçün böyük uğurdur”.

Onun sözlərinə görə, boks insanda böyük inam hissi yaradır: “Güləş, boks, cüdo kimi döyüş idman növlərindən qorxmaq lazım deyil. Əksinə, bu, böyük üstünlükdür. Bu, məndə özünəinam hissi yaradıb. Qızlara özlərini müdafiə edə bilmələri üçün idmana yönəlməyi tövsiyə edirəm”.

Qadın idmançı güc və rəqabət simvolu hesab edilir. Ümid edirik ki, qadınlarımız cəmiyyətdə “qız nədir, idman nədir?” stereotipini tamamilə dağıdacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri