Icma.az
close
up
RU
Süni intellektin sağlamlığın keşiyində yeni mərhələsi: “Delphi 2M”

Süni intellektin sağlamlığın keşiyində yeni mərhələsi: “Delphi 2M”

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə süni intellektin (SI) həyatımızın müxtəlif sahələrinə nüfuz etməsi artıq təəccüblü deyil. Təhsildən tutmuş sənayeyə qədər bir çox sahədə tətbiq olunan SI, xüsusilə səhiyyə sahəsində yeni üfüqlər açır.

Bizimyol.info xəbər verir ki, xəstəliklərin daha erkən mərhələdə aşkarlanması və proqnozlaşdırılması bu üfüqlərin ən vacib istiqamətlərindəndir. Avropa alimləri tərəfindən hazırlanmış “Delphi-2M” modeli bu sahədə atılmış mühüm addımlardan biridir.

“Delphi-2M” modeli Almaniya və Danimarka alimlərinin birgə səyi nəticəsində yaradılıb. O, “ChatGPT”yə bənzər texnologiya əsasında işləyir və tibbi qeydlərdəki nümunələri analiz edərək insanın yaxın 10 il ərzində qarşılaşa biləcəyi xəstəlikləri proqnozlaşdıra bilir. Bu texnologiyanın əsas üstünlüyü onun böyük məlumat bazasına əsaslanmasıdır. Model Böyük Britaniyada 400 000 nəfərin, eləcə də Danimarkada 1,9 milyon insanın anonim tibbi qeydlərini analiz etməklə öyrədilib.

Süni intellektin bu modeldə əsas məqsədi – gələcəkdə insan həyatına təsir edə biləcək xəstəlikləri, xüsusilə 2-ci tip diabet, infarkt və sepsis kimi təhlükəli hallarını əvvəlcədən müəyyən etməkdir. Tədqiqatçılar bildirirlər ki, modelin dəqiqliyi təəccüblü dərəcədə yüksəkdir. Hətta professor Evan Berney bunu belə ifadə edir: “Necə ki hava proqnozlarında yağış ehtimalını 70 faiz deyə bilirik, tibbdə də bu cür ehtimallarla riskləri öncədən təyin edə bilərik”.

“Delphi-2M” modeli hələ klinik istifadəyə tam hazır olmasa da, gələcəkdə səhiyyə sisteminə mühüm töhfələr verə bilər. Bu texnologiya sayəsində həkimlər yüksək riskli xəstələri daha tez müəyyən edə, onlara profilaktik müalicələr tətbiq edə bilərlər. Eyni zamanda, xəstəxanalar gələcək xəstə yüklərini planlaşdırmaqda bu cür proqnozlaşdırıcı alətlərdən faydalana bilərlər.

Süni intellektin səhiyyəyə inteqrasiyası bəşəriyyət üçün yeni imkanlar yaradır. “Delphi-2M” kimi modellər, yalnız xəstəliklərlə mübarizədə deyil, eyni zamanda sağlamlığın qorunmasında da çevriliş yarada bilər. Əsas odur ki, bu texnologiyalar etik qaydalara uyğun inkişaf etdirilsin və insanların rifahına xidmət etsin.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Sentyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri