Icma.az
close
up
RU
Süni intellektin təsir mexanizmlərinin dərindən öyrənilməsi zamanın ən mühüm tələblərindən biridir ŞƏRH

Süni intellektin təsir mexanizmlərinin dərindən öyrənilməsi zamanın ən mühüm tələblərindən biridir ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 5 dekabr, AZƏRTAC

Texnologiyaların sürətlə formalaşdırdığı, səs-küylü və hiper-dinamik informasiya mühitində alqoritmlərin aqressiv istifadəsinə əsaslanan və hər il yenilənərək əvvəlkilərdən fərqlənən kommunikasiya sistemləri vasitəsilə dövlətlərə və cəmiyyətlərə qarşı media əməliyyatlarının tətbiqi müşahidə olunur. Müasir texnoloji alətlər medianı ənənəvi çərçivədən uzaqlaşdırmaqla yanaşı, süni intellekt modellərinin geosiyasi məqsədlər üçün zərərli istismarını da reallığa çevirib. Günümüzdə ənənəvi media diplomatiyası artıq öz əvvəlki təsir gücünü itirib, onun yerini strateji kommunikasiya və ictimai diplomatiya kimi yeni alətlər tutub. Lakin həssas hadisələr zamanı bu vasitələrin də geniş kütlələr üçün yetərincə səmərəli olmaması diqqətdən qaçmır. Hökumətlər diqqətini təhlükəsizliyə və müdafiəyə yönəltdikcə, ictimai gündəmdə emosional reaksiyaların manipulyativ şəkildə istismarının genişlənməsi müşahidə edilir. Məhz buna görə də süni intellekt əsaslı manipulyativ kampaniyaların cəmiyyətin müxtəlif təbəqələrinə təsirini nəzərə alan hökumətlər strateji kommunikasiya sahəsində yenilikləri prioritet elan ediblər.

Bu fikirləri AZƏRTAC-a açıqlanda Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, bu proseslərin öyrənilməsi yalnız təhlükəsizlik üçün deyil, həm də ictimai etimadın bərpası və davamlı şəkildə qurulması üçün mütləqdir. Cəmiyyətin dövlətlə münasibətlərinin sağlam qurulması bilavasitə informasiya mühitinin mahiyyətini, təsir metodlarını və risklərini doğru anlamaqdan keçir. Təəssüf ki, gündəlik ünsiyyət vasitəsi kimi gördüyümüz sosial şəbəkələr hər gün daha çox siyasi, o cümlədən geosiyasi məqsədlərə xidmət edən alqoritmlərlə idarə olunur. Bu kənar müdaxiləli platformalarda hökumətlə cəmiyyət arasında etimadın zədələnməsi asanlaşır. Hibrid üsullara uyğunlaşmış müasir cəmiyyətlər bu gün daha ciddi təhlükələrlə üzləşib. Milli maraqların və dövlət prinsiplərinin qorunması artıq alqoritmik təhlükəsizlik səviyyəsinə qədər enib.

“Qlobal güc dinamikasının gərginləşdiyi regionumuzda siyasi biliklər, hərbi strategiya, psixologiya və fəlsəfəni birləşdirən, ənənəvi kəşfiyyat imkanlarına inteqrasiya olunan koqnitiv müharibə reallığı ilə üz-üzəyik. Süni intellektin zərərli istifadəsi bu koqnitiv müharibəni daha da dərinləşdirir. Texnoloji vasitələrlə dəstəklənən manipulyativ təsirlər elektromaqnit və kibersiqnallar vasitəsilə insan şüurunu, düşüncə tərzini və davranış modellərini hədəf alır, dövlət institutlarını və milli təhlükəsizliyi zəiflətməyə yönəlir. Koqnitiv manipulyasiya cəmiyyət daxilində sabitliyi pozan daxili münaqişələrin ən təhlükəli formalarından biridir. İnformasiya müharibəsi əsasən nə düşündüyümüzü manipulyasiya edirdisə, koqnitiv manipulyasiya düşünmə qabiliyyətimizin özünü məhv etməyə yönəlir. Bununla istifadəçinin məlumatı necə qəbul etməsindən tutmuş düşüncənin strukturlaşmasına qədər hər mərhələ alqoritmik şəkildə təsir altına alınır”, - deyə o əlavə edib.

Y.Hacıyeva diqqətə çatdırıb ki, süni intellektin fasiləsiz generasiya etdiyi kontentin real vaxtda dəyişdirilməsi faktların manipulyasiyadan ayırd edilməsini çətinləşdirir. Bu texnologiyalar istifadəçiləri ana dillərində hədəfə alır, lokal sosial-siyasi müstəvilərdə qütbləşməyə hesablanmış təsir mexanizmləri qurur. Neyroşəbəkələrin fərdiləşdirilmiş dezinformasiya yayması isə ideoloji parçalanmanı daha da dərinləşdirir. Bu gün ictimai diplomatiya və ənənəvi təbliğat artıq əvvəlki kimi effekt vermir. Süni intellekt modellərinin geosiyasi manipulyasiyalar üçün istifadəsi isə cəmiyyətlərin müqavimət gücünü zəiflədir. Süni intellektin yaratdığı kontent vasitəsilə mədəni, əxlaqi və fəlsəfi normalar tədricən yenidən formatlanır və sosial konstruksiyalar qeyri-sabitləşdirilir. Dövlət daxilində gərginliyin artırılması, siyasi sabitliyin sarsıdılması və bununla geosiyasi müqavimətin azaldılması son illərin ən geniş yayılmış tendensiyalarından biridir.

“Sosial şəbəkələrdə yalnız istifadəçinin ideologiyasına uyğun məlumatların göstərilməsi “paralel reallıq”lar yaradır və dünyagörüşünün parçalanmasını sürətləndirir. Emosional hekayələrin, qurbanlıq narrativlərinin və sosial ədalətsizliklərin qabardılması daxili qarşıdurmanı daha da təşviq edir. Nəticədə ideoloji parçalanma genişlənir, dövlət institutlarına və siyasi liderlərə inam zəifləyir. Bu isə ölkənin ardıcıl və strateji qərarlar qəbul etmək qabiliyyətinin azalması ilə nəticələnir. Bütün bu səbəblərə görə həm informasiya mühitinin idarə edilməsi, həm də ictimai etimadın qorunması üçün süni intellektin təsir mexanizmlərinin dərindən öyrənilməsi zamanın ən mühüm tələblərindən biridir. Azərbaycan-Gürcüstan Media Forumunun təşkili isə regionda informasiya təhlükəsizliyi, media savadlılığı və strateji kommunikasiya sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu forum iki ölkənin oxşar təhdidlərə məruz qaldığı bir dövrdə media institutları arasında təcrübə mübadiləsini, koordinasiyanı və qarşılıqlı dəstəyi artırmaq üçün mühüm platformadır. Bundan əlavə, süni intellektin yaratdığı yeni informasiya riskləri, dezinformasiya kampaniyaları və ictimai etimadın zəiflədilməsi kimi çağırışlara qarşı birgə yanaşma formalaşdırmaq üçün belə bir əməkdaşlıq mexanizmi strateji zərurətə çevrilib. Forum həm də bölgədə sağlam, etibarlı və peşəkar media mühitinin qurulmasına xidmət edən mühüm regional təşəbbüsdür”, - deyə o vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri