Icma.az
close
up
RU
Süni intellektlə hazırlanan ölü videoları Haram deyil, amma...

Süni intellektlə hazırlanan ölü videoları Haram deyil, amma...

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son zamanlar sosial şəbəkələrdə, xüsusən də TikTok platformasında vəfat etmiş insanların görüntülərinin süni intellekt vasitəsilə canlandırılması halları yayılıb. Hətta bəzi şəxslərin bu cür videoları sifarişlə və ödəniş qarşılığında hazırlaması cəmiyyətdə etik, mənəvi və psixoloji narahatlıqlara səbəb olur.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, texnologiyanın inkişafı bu cür imkanlar yaratsa da, məsələ yalnız texniki deyil, eyni zamanda insanın ləyaqəti və xatirəsi ilə bağlıdır:
“Din birbaşa süni intellekt anlayışını işlətməsə də, qoyduğu ümumi prinsiplərlə bu cür hallara aydın mövqe göstərir. Quranda insanın şərəf və hörmətinin qorunması əsas dəyər kimi təqdim olunur. İnsan diri ikən də, vəfat etdikdən sonra da hörmətə layiqdir. Ölən şəxsin demədiyi sözləri demiş kimi, etmədiyi hərəkətləri etmiş kimi süni şəkildə təqdim edilməsi həqiqətin təhrifidir və bu, yalan və aldatma mənasına gəlir”.
İlahiyyatçı qeyd edib ki, İslam hüququnda “zərər vermək və zərərlə cavab vermək olmaz” prinsipi mövcuddur və bu, yalnız fiziki deyil, mənəvi və psixoloji zərərə də aiddir:
“Vəfat etmiş insanın görüntülərinin ailənin razılığı olmadan yayılması onların kədərini dərinləşdirə, mərhumun xatirəsini ictimai müzakirə obyektinə çevirə bilər. Klassik alimlər insanın şəxsiyyətini və namusunu onun malından belə üstün tutublar. Müasir alimlər də bu prinsipləri yeni texnologiyalara tətbiq edərək bildirirlər ki, texnologiya özü nə halal, nə də haramdır. Onu bu hala salan istifadə formasıdır”.
Əkrəm Həsənov vurğulayıb ki, bu cür görüntülərin kommersiya məqsədilə hazırlanması məsələni daha da ağırlaşdırır:
“Əgər süni intellekt mərhumun adından qazanc əldə etmək, diqqət çəkmək və ya ailənin razılığı olmadan istifadə olunursa, bu mənəvi baxımdan qəbulolunmazdır. Müasir psixologiya da göstərir ki, ölən insanların süni şəkildə "dirildilmiş" görüntüləri yas prosesinə mənfi təsir göstərə, insanın itki ilə barışmasını gecikdirə bilər. Din isə ölümü qəbul etməyi, mərhumları dua və xatirə ilə anmağı tövsiyə edir”.
Qeyd edək ki, ekspertlər və din xadimləri süni intellekt texnologiyalarının insan ləyaqətini alçaltmaq üçün deyil, cəmiyyətin xeyrinə və etik çərçivədə istifadəsinin vacibliyini vurğulayırlar. Ölən insanların xatirəsi ilə manipulyasiya edilməsi isə nə dini, nə də insani baxımdan doğru hesab edilmir.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:383
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Fevral 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri