Icma.az
close
up
RU
Süni intellektlə hazırlanan videoları belə ayırd edin Vacib məqamlar

Süni intellektlə hazırlanan videoları belə ayırd edin Vacib məqamlar

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son zamanlar “Deepfake” texnologiyası ilə ardıcıl saxta məlumatlar yayılır.  Məsələn, yanvarın 27-də bir sıra hesablar vasitəsilə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından yayılan, “deepfake” texnologiyası tətbiq olunmaqla hazırlanmış, reallığı əks etdirməyən və saxta məzmunlu video buna nümunədir. Ümumiyyətlə, süni intellektin aktiv istifadəsi aldadıcı informasiyaların artmasına səbəb olub.

“Deepfake”in fəsadları nədir? Saxta görüntüləri necə anlamaq olar? Sadə vətəndaş da bunu başa düşə bilərmi?

Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov deyib ki, “Deepfake” texnologiyası informasiyanın etibarlılığına ciddi zərbə vurur:

“Artıq məsələ təkcə saxta xəbər deyil, real insanın səsi və üzü ilə hazırlanmış video/audio materiallardan gedir. Bu texnologiya ilə hazırlanmış görüntülər insanın səsini, üz ifadəsini və danışıq tərzini elə təqlid edir ki, ilk baxışda hətta məlumatlı insan üçün belə ayırd etmək çətinləşir. Nəticədə yanlış məlumat çox sürətlə yayılır və sonradan təkzib edilsə belə, ictimai rəydə iz buraxa bilir. “Deepfake”in əsas fəsadlarından biri etimadın zədələnməsidir. İnsan artıq gördüyü videoya da, eşitdiyi səsə də şübhə ilə yanaşmağa başlayır. Düşünürəm ki, bu, təkcə fərdi şəxslərə yox, dövlət qurumlarına, ictimai fiqurlara və mediaya da zərər vurur. Digər ciddi fəsad isə reputasiya riskidir. Bir neçə saniyəlik saxta video insanın illərlə formalaşmış nüfuzuna zərbə vura bilər. Bundan əlavə, “deepfake” texnologiyası siyasi manipulyasiya, şantaj, maliyyə fırıldaqları və sosial gərginlik yaratmaq üçün də istifadə oluna bilər”.

Elvin Həsənov

Mütəxəssis bildirib ki, sadə vətəndaşın saxta görüntünü müəyyən qədər ayırd etməsi mümkündür:

“Texniki baxımdan bunu aşkarlayan alətlər var, amma sadə vətəndaş üçün də bəzi siqnallar mövcuddur. Məsələn, dodaq hərəkətləri ilə səsin tam uyğun gəlməməsi, mimikaların qeyri-təbii olması, göz qırpma və üz kölgələrində qəribəliklər, səs tonunun robotik və ya emosiyasız səslənməsi şübhə doğurmalıdır. Digər vacib məqam isə mənbədir. Yəni video kim tərəfindən, hansı platformada və hansı kontekstdə paylaşılıb. Rəsmi mənbə yoxdursa və video emosional reaksiya yaratmaq üçün paylaşılırsa, bu artıq risk siqnalıdır. Sadə vətəndaşın bunu başa düşməsi mümkündür, amma burada əsas silah texniki bilik yox, düşüncə tərzidir. Yəni “Bu video niyə indi yayıldı”, “Kim paylaşır, rəsmi təsdiq varmı” suallarını vermək çox şeyi dəyişir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Yanvar 2026 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri