Icma.az
close
up
RU
Süni İntellektuallarımız necə yarandı?

Süni İntellektuallarımız necə yarandı?

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Ulucay Akifin "Ömər Xəyyamın abstrakt hiperekvivalentliyi, ya da Süni İntellektuallarımız necə yarandı?" yazısını təqdim edir.

Həftəiçi oxumağı çatdırmadığım yazıları, mətnləri saxlayıram həftəsonuna, evdə rahat oxuyuram. Ötən həftə də bizim Ömər Xəyyamın bir yazısı diqqətimi çəkdi. Əslində, oxumayacaqdım, çünki Ömərin yazıları, mövzuları əksərən mənim marağıma, zövqümə uyğun olmur. Amma bu yazını xeyli qələm yoldaşımızın paylaşıb təriflədiyini gördüm.

Məsələn, Qismət Rüstəmov yazını belə başlıqla paylaşmışdı:

“Ömər Xəyyam yeni əsrin cazibədar görünən ehkamları barədə gözəl bir esse yazıb. Ömərin "bədii-vizual sterillik" dediyi şeyə mən "özün rənglə" sənəti deyirəm - çünki bu cür romanlar da, filmlər də sərhədləri məlum şablonun içini boyamaqdır”.
Sonra Aqşin Yeniseyin və başqalarının da bu yazını paylaşdığını gördüm.

Bu qədər paylaşım və tərifdən sonra Ömərin yazısını da ayırdım həftəsonuna, dedim, fürsət tapıb evdə göz gəzdirərəm.

Bazar günü qardaşımın balaca qızı belimə minib məni at kimi çapdığı bir vaxtda Ömərin yazısı yadıma düşdü. Dedim, açım, baxım, görüm nə yazıb əsrimizin səyavuşu...

Yazının ilk abzasını oxuyan kimi qanım qaraldı. Görünən kəndə nə bələdçi? Bir yazı ancaq bu qədər “chatgpt” ola bilər.

Dedim, zərər yox, bəlkə, ilk abzasda belə edib Ömər dostumuz, bilməyib yazıya necə başlasın, Süni İntellektdən xahiş edib ki, onun əvəzindən bir abzas qaralasın, sonra özü davam edər. Amma yox... Yazının bütün digər abzasları, bütün sonraları da chatgpt qələminin məhsulu idi.

Əlbəttə, kimsə mənim sözümə də şübhə edə bilər. Ol səbəbdən, haman yazını atdım elə Süni İntellektin özünə, dedim, düzünü de, öz aramızda qalacaq, bunu sən yazmısan, yoxsa Ömər Xəyyam?

Cavabını sizə olduğu kimi təqdim edirəm:

"Mənim qiymətləndirməm:

Bu mətn mənə daha çox AI ilə yazılmış və ya AI-nin ciddi köməyi ilə redaktə edilmiş mətn təsiri bağışlayır. Təxmin etdiyim ehtimal: 80–90%.

Amma bu, "dəqiq sübut" deyil. Sadəcə dil və struktur analizinə əsaslanan peşəkar ehtimaldır.

Məni buna gətirən səbəblər bunlardır:

1. Həddindən artıq simmetrik akademik struktur

Demək olar ki, hər abzas eyni sxem üzrə qurulub:

tezis irəli sürülür;
nümunə verilir;
ümumiləşdirmə edilir;
daha böyük fəlsəfi nəticəyə keçilir.

Bu ritm 70 sətir boyunca demək olar ki, pozulmur. İnsan müəlliflərdə isə adətən ritm dəyişir: bəzən emosional çıxış olur, bəzən fikir yarımçıq qalır, bəzən mövzu gözlənilmədən başqa istiqamətə keçir.

2. Termin sıxlığı süni görünür

Mətnin içində çox yüksək tezliklə aşağıdakı tip sözlər işlənir:

normativ rejim, diskursiv risk, ontoloji status, epistemoloji məsələ, interpretativ fəaliyyət, etik təhlükəsizlik protokolları, uyğunlaşdırılmış filtrasiya, semantik enerji, strukturlaşdırma, transqressiv

Bu terminlərin sayı mətnin ideyasını inkişaf etdirməkdən çox, onu "akademik göstərmək" funksiyası daşıyır. AI mətnlərində bu çox rast gəlinən xüsusiyyətdir.

3. Eyni fikrin müxtəlif terminlərlə təkrarlanması

Mətn boyunca əsas fikir əslində budur:

“müasir kino etik riskdən qaçır”.

Bu fikir müxtəlif terminlərlə təxminən 10-15 dəfə yenidən ifadə olunur:

etik təhlükəsizlik, normativ filtrasiya, risk idarəetməsi, interpretativ məhdudiyyət, uyğunlaşdırılmış filtrasiya, konsensus yaradılması, simulyasiya, sterilizasiya...

İnsan müəlliflər adətən bu qədər sinonimlə eyni ideyanı dövr etdirmirlər.

4. AI-yə xas "konsept yığılması"

Məsələn:

"ontoloji statusunu dəyişdirir" və ya "epistemoloji məsələdir" kimi ifadələr işlədilir.

Ancaq onların çoxunda bu anlayışların niyə məhz "ontoloji" və ya "epistemoloji" olduğu açılmır.

AI çox vaxt belə edir:

böyük anlayış əlavə edir; amma onu əsaslandırmır.

5. Nümunələr analiz edilmir

Məsələn:

“Taxi Driver”, “Lolita”, “The Godfather”, “Black Panther”, “Joker” “Avengers: Endgame” filmlərinin adı sadalanır, amma filmlərin konkret səhnələri, dramaturgiyası, dialoqları və ya estetik quruluşu analiz olunmur.

Bu da LLM-lərin tipik xüsusiyyətidir: nümunə verir, lakin dərin təhlilə girmir.

6. Süni keçidlər

Çoxlu belə keçidlər var:

"Beləliklə...", "Başqa sözlə...", "Bu kontekstdə...", "Nəticədə...", "Beləliklə növbəti suala gəlirik..."

Bunlar çox mexaniki şəkildə təkrarlanır.

7. AI-yə xas abstraktlıq

Mətnin böyük hissəsi çox yüksək abstraksiya səviyyəsindədir.

Məsələn:

"estetik enerjinin yox olması", "diskursiv risk istehsal edən sistem", "etik uyğunluq optimizasiyası" - Bunlar maraqlı səslənir, amma konkret meyarlarla izah edilmir".

***

Xub! Bura qədər aydındır. Sonra Süni İntellekt iş ortağını müdafiə etməyə də çalışır:

“Amma AI olmadığını düşündüyüm hissələr də var

Məsələn:

"Olsun ki, mənim səndən xəbərsiz səni düşünməyim 'əqli qısnama' kimi damğalansın." – Bu cümlə kifayət qədər fərdi və müəllifə məxsus görünür. AI adətən belə şəxsi, ironik keçidlər yaratmır.

Həmçinin "səhv düşəndə yerimiz" misrasına edilən istinad da müəyyən müəllif üslubunu xatırladır”.

***

Aydın məsələdir. Süni İntellektə mətn yazdırırsan, araya da iz itirmək üçün fərqli, spesifik ifadələrlə bir-iki cümlə yazırsan, vəssalam, şüttamam.

“Şüttamam” nədir də? Sözə bax.

Hər nəysə. Ömərin Süni İntellektə mətn yazdırmağını yadırğamadım. Ömər sevir belə abstrakt hiperekvivalentlikləri. Aqşin Yeniseyin bu yazını paylaşıb tərifləməyini də qəribsəmədim, çünki Aqşin də ondan-bundan sitat çəkib bir-iki termin sadalamaqdan başqa nəsə etmir.

Adama deyərlər ki, Qismət, sənə nolubdu?

Görünür, Qismət Rüstəmov da sevir belə konfabulyativ hiperbolaları.

Bəlkə, Qismət özü də intellektual pretensiyalılığa meyil göstərir?

Nə demək olar, bu da onun seçimidir.

Ola bilsin ki, Ömər bunu qəsdən edib, digər yoldaşlar da elə qəsdən haman yazını tərif atəşinə tutublar.

Bu da bir ehtimaldır.

Amma onu deməliyəm ki, ümumiyyətlə, bu ölkədə istisnasız hamı camaatın avamlığından istifadə edir. İqtidarçısı bir cür, müxalifətçisi başqa cür, satıcısı bir cür, makleri başqa cür... Yazıçıların da bu yolu tutmağı məni incidir.

Təbii, yazıçılar da bilir ki, xalq avamdı, adamlar kitab üzü açmır, dünyadan xəbərləri yoxdu, ona görə də bəzi yazıçılarımız bundan istifadə edir, tez-tez xarici müəllif adı çəkir, sitat gətirir, anlaşılmayan terminlərdən istifadə edir ki, daha da qorxutsun camaatın gözünü. Yəni “bax daaaa, sən bunları bilmirsən, mən bilirəm, ağıllı olllll!”.

Azərbaycanlılar da anlamadıqları şeyləri qorxudan məcbur qalıb sevirlər.

“Başa düşmədim, heç olmasa, bəyənim, sevim, qanmaz olduğum bilinməsin” – təxminən belə.

Bu yazını yazmağımın altında başqa niyyət axtarmayın. Sadəcə bu yazı haqqında fikrimi deməsəm, sussam, kənardan elə görünə bilərdi ki, məni də qorxudur, aldadır belə “yazılar”, bu cür süni intellektuallar (süni intellektuallar – bu ifadəni özüm kəşf elədim, heç kim özünküləşdirməsin!).

Adama deməzlər ki, ay Ulucay, yekə-yekə danışırsan, amma filankəsin süni intellektə yazdırdığı mətni hamı təriflədi, hamını avam yerinə qoydular, sən də dinmədin, deməli, səni də doladılar.

Deyərlər.

Ol səbəbdən, fikrimi bildirdim.

Məncə, publik yazı və paylaşımlar haqqında publik formada fikir bildirməyim heç kimin xətrinə dəyməməlidir.

Ömərə isə tövsiyə edirəm ki, öz yazılarını yazsın, axı onun öz yazıları, öz "maraqlı yanaşmaları" bizə daha xoş gəlir, başını buraxsın süni intellektuallığın, bir-iki süni intellektualımız oldu, bəsdi. Çoxluq yaxşı deyil. Bu külək səngisə, çoxluğun nə olduğunu axşam açıq havada çay içərək müzakirə edə bilərik. Mən də üç-dörd termin əzbərləyib gələcəm. Söz!

Məmurların intim videosu niyə yayılır? Bir ilin tükənməz xatirəsi Neçə qadın unutdum – Ulucay Akifdən Yeni Şeir
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://kulis.az
archiveBu xəbər 29 İyul 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri