Icma.az
close
up
RU
Süni qida, yoxsa biznes? KÖRPƏLƏR HANSI TƏHLÜKƏYLƏ ÜZ ÜZƏDİR? MÜTƏXƏSSİS ŞƏRHİ

Süni qida, yoxsa biznes? KÖRPƏLƏR HANSI TƏHLÜKƏYLƏ ÜZ ÜZƏDİR? MÜTƏXƏSSİS ŞƏRHİ

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Uşaq qidaları, adətən, uşaqların sağlam böyüməsi üçün nəzərdə tutulur. Lakin, bəzi hallarda, uşaq qidalarının tərkibində əlavə şəkər və digər zərərli maddələr ola bilər

Ümumiyyətlə ana südü və uşaq qidaları barədə hər zaman həkimlər və elm adamları arasındə mübahisə yaşanır. Bəzi elm adamları uşaq qidalarının tərkibinin daha zəngin olduğunu deyir. Həkimlər isə ana südünün vacibliyini ön plana çəkirlər.

Məlum məsələdir ki, uşaq qidalarının qiyməti də hər il dayanmadan artır. Mövcud problemdən şikayətlənən valideynlər qazanclarının çox hissəsini uşaq qidalarına xərclədiklərini bildirir. Səbəb isə qablaşdırmanın həcminin kiçilməsi, həkimin məsləhət gördüyü qidanın isə bəzən çox baha olmasıdır.
Valideynlər isə belə fikirləşirlər ki, qiyməti yüksək olan həmin qidaları tam təhlükəsiz və övladı üçün daha faydalıdır. Son illər uşaq xəstəliklərinin artması, boy və inkişafın zəif getməsi uşaq qidalarının ciddi təhlükəsini bir daha sübut edir.

Ümumiyyətlə uşaq qidalarının tərkibi zərərsizdirmi? Bu qidalara nə dərəcədə güvənmək olar? Suallarımızı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynova ünvanladıq. O, Turkustan.az-a açıqlamasında bildirdi ki, ümumiyyətlə ölkədə körpələrin ana südü ilə qidalanmasına dair böyük problemlər yaşanır.

Azərbaycan uşaqların ana südü ilə qidalanma faizinə görə 44-45% arasındadır və bu Mərkəzi Avropa ölkələrindən belə geri qalır. Çünki bizdə ana südü ilə qidalandırılmaya dair beynəlxalq kodeksin əksinə olaraq, körpə dünyaya gələn kimi onu anadan ayırırlar. Hansı ki, uşaq doğulan kimi anayla təmasda olmalıdır və ana südü ilə qidalanmağa başlamalıdır. Belə olduqda hətta südü olmayan ananın belə 3 saat ərzində südü gəlir. Uşaqları süni qidalara elə xəstəxanadaca öyrəşdirirlər, sonra uşaq ana südündən imtina edir. Artıq 10 ildən çoxdur ki, erkən yaşlı körpərin qidalandırılmasına dair Azərbaycan Respublikasının qanunu qəbul olunub. Bu qanunda süni qida distributorlari, pediatorlar üçün bir sıra məhdudiyyətlər var. Ölkəmizdə süni qidaya bu qədər təlabat olduğu üçün bir neçə ölkədən bizə süni qida gətirilir və bu qidaların qiyməti həddindən artıq bahadır. Beynəlxalq kodeksdə göstərilir ki,süni qida xüsusiləşdirilmiş yerlərdə satılmalıdır, hətta təcrübə göstərir ki, südü normal olan analar belə, bəzən süni qidalara qaçır, bununla da onun südü kəsilir. Bunlar həddindən artıq incə məqamlardır, hansı ki, valideynlər buna diqqət etməlidir.

Uşaq qidalarında palma yağından istifadə olunurmu? Bu qidaları seçərkən nəyə önəm verilməlidir?

Bu cür qidaları alan valideynlər ilk növbədə onun saxlanma şəraitinə baxmalıdır. Bu qidalar mütləq 20°C – dən aşağı dərəcədə saxlanmalıdır. İstehsal və son istifadə tarixinə mütləq nəzər salınmalıdır. Əgər yararlılıq müddəti istehsal tarixinin üzərindən çox keçibsə, almaqdan imtina etsinlər. Bəli, süni qidanın tərkibində palma yağı ola bilər. Palma yağı qeyri-adi, deyildiyi kimi pis yağ deyil. Sadəcə olaraq MDB və bir sıra müsəlman ölkələrində istehsal olunan duru yağ bazarına girdiyi üçün qiymət siyasətinə təsir edir. Palma yağı hansı qidada varsa, istehsalçılar məhsulun üzərinə qeyd edir, bu çox təbii haldır. Körpə qidası çox həssas qida olduğu üçün onun təhlükəsizliyi təmin olunur. Palma yağı haqqında yanlış düşüncələr var. İndoneziyada əhali palma yağı ilə qidalanır və orta ömür siyahısına görə Azərbaycandan xeyli öndədirlər.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Fevral 2025 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri