Icma.az
close
up
RU
Supermarketdən pulsuz “Bizon” almaq istəyən şəxs obyektin şüşələrini sındırdı MƏHKƏMƏ

Supermarketdən pulsuz “Bizon” almaq istəyən şəxs obyektin şüşələrini sındırdı MƏHKƏMƏ

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

Xəzər Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən İbrahim Əsədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib və İbrahim Əsədovun hazırda digər cinayət işi üzrə həbsdə olması nəzərə alınıb.

İttihama görə, hadisə 20 noyabr 2024-cü il tarixdə, saat 01:10 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Ocaq” supermarketdə qeydə alınıb.

Belə ki, İbrahim Əsədov orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində sözügedən supermarketin ticarət salonuna daxil olaraq içkilər qoyulmuş vitrindən 3 ədəd “Bizon” enerji içkisini götürərək pul ödəmək üçün kassaya yaxınlaşıb. O, ciblərinə baxıb pulu olmadığını bildikdən sonra həmin içkiləri pulsuz verməsini təklif edib. Kassir isə buna etiraz edib. Bu zaman İbrahim onunla mübahisə edib, daha sonra uca səslə söyüb təhqir etməklə səs-küy salıb, əli ilə supermarketin ticarət salonundakı ətir qoyulmuş vitrininin və marketin giriş hissəsindəki pəncərəsinin şüşələrini qəsdən vurub sındırıb.

Hadisədən sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Kamal Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://pravda.az
archiveBu xəbər 23 İyun 2025 08:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda UFC gecəsi Yenilənir

22 İyun 2025 00:18see176

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

22 İyun 2025 08:27see148

Bəzi balıqlar necə elektrik istehsal edir?

22 İyun 2025 00:51see138

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

22 İyun 2025 02:32see134

Xabi Alonso Real Madrid də dronlardan istifadə edir

22 İyun 2025 04:09see130

KİV: İsrail İran ABŞ razılaşmasını gözləmək niyyətində deyil

22 İyun 2025 01:15see129

BDU nun dekan müavini vəfat etdi

21 İyun 2025 23:45see124

Hərbi texnikalar Ermənistandan Qarabağa belə gətirilib... Saakyan təsdiqlədi

21 İyun 2025 21:26see121

Məhəmməd Nayimov Bakıda rəqibini məğlub etdi

21 İyun 2025 23:55see120

Taqir Ulanbekovdan çətin qələbə

21 İyun 2025 21:18see118

Tramp: Fordo artıq yoxdur

22 İyun 2025 05:39see118

Belarus müxalifətinin liderinin həyat yoldaşı Sergey Tixanovski azadlığa buraxılıb

21 İyun 2025 18:05see117

“Əşrəf Röya”da toy var: Demet Özdemir nikah şahidi oldu

22 İyun 2025 03:05see116

Antarktida yeni dəniz canlıları kəşf etdi

21 İyun 2025 22:43see116

Şahin Bağırov Fərid Usubovu bu əməlinə görə sərəncama götürdü

21 İyun 2025 23:02see116

Bazar gününün HAVASI

21 İyun 2025 14:17see115

Virts tibbi müayinədən keçdi, Kerkez də yol üstədi

22 İyun 2025 00:31see115

İran İsraillə əməkdaşlıq edənlərə amnistiya vəd edir!

21 İyun 2025 21:01see114

Qəza kilometrlərlə tıxaca səbəb oldu FOTO

22 İyun 2025 00:36see114

Azərbaycan rəqabətqabiliyyətli dövlətlər qrupuna daxil olub

22 İyun 2025 09:32see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri