Icma.az
close
up
RU
İkiqütblü dünyadan çoxqütblü reallığa: Beynəlxalq hüquq ayaqda qalacaqmı?

İkiqütblü dünyadan çoxqütblü reallığa: Beynəlxalq hüquq ayaqda qalacaqmı?

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hazırda dünyada gedən iqtisadi və siyasi proseslər, qarşıdurmaların artması yeni dünya düzəninin formalaşmasına təkan verən amillərdən sayılır.

Bakıvaxtı.az bildirir ki, indiki məqamda yeni düzənin əsas mərkəzləri Ukrayna və Yaxın Şərqdir. Rusiya-Ukrayna müharibəsi qlobal güclərin açıq formada toqquşması kimi qiymətləndirildiyi bir vaxtda, İranla İsrail arasında baş verən qarşıdurma prosesi daha da aktual vəziyyətə gətirib.

Ekspertlərə görə, Çin, Rusiya və digər güclər çoxqütblü dünya düzəninin yaranmasına üstünlük verirlər. ABŞ və Qərb bloku isə birqütblü dünyanın formalaşamsında maraqlıdır. Bu cür ziddiyyət isə iri dövlətlərin münasibətlərinin gərginləşməsinə səbəb olur.

Maraqlıdır ki, yeni dünya düzənində hazırkı beynəlxalq hüquq sistemi qüvvədə qala biləcəkmi? Mövzu ilə bağlı politoloq Taleh Əliyev öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, hazırkı hüquq sistemi çöküb və beynəlxalq münasibətlər əvvəlki kimi effektiv deyil:

"İkinci Dünya müharibəsinin sonunda formalaşan beynəlxalq hüquq sistemi üzərindən yaranan beynəlxalq münasibətlər heç də ədalətli deyildi. Daha çox İkinci Dünya müharibəsinin qalib ölkələrinin maraqlarını qoruyan bir hüquq sisteminə çevrilmişdi. Müharibədən sonra, xüsusilə də SSRİ-nin dağılmasına qədərki dövrdə böyük dövlətlər tərəfindən digər ölkələrlə münasibətlərdə beynəlxalq münasibətlər kontekstində çoxsaylı hüquq pozuntularını özündə əks etdirən faktlar mövcuddur. Son illər isə beynəlxalq hüququn pozulması ilə bağlı beynəlxalq hüququn subyekti olan dövlətlərin sayı çoxalıb. Bu, beynəlxalq hüququn və beynəlxalq münasibətlərin artıq legitimliyini və işlək mexanizminin mövcudluğunu sual altına salıb".

İran-İsrail münasibətlərinin gərginləşməsinin regiondakı sabitliyi təhdid etməsi yeni vəziyyət olmadığını bildirən T.Əliyev vurğulayıb ki, bu, uzun illərdir davam edən gərginliyin pik nöqtəsi kimi təhlil oluna bilər.

Taleh Əliyev: Beynəlxalq hüququn legitimliyi və işlək mexanizminin mövcudluğu sual altına düşüb

"Beynəlxalq hüquq sisteminin pozulmasının ən çox narahat etdiyi ölkələrdən biri Çindir. Çinin İran-İsrail qarşıdurmasında açıq şəkildə Tehranın yanında yer alması ən azından indiki mərhələdə real görünmür. Çünki bu, Qərb koalisiyasının Pekinə qarşı adekvat addımlar atması üçün ciddi səbəb ola bilər. Çin tərəfi çox yaxşı fərqindədir ki, ABŞ başda olmaqla, onun hərbi mütəffiqləri formalaşdırmaq istədikləri yeni dünya düzənində Rusiya, Çin, İran, Şimali Koreyanı özləri üçün təhdid və yeni beynəlxalq münasibətlər sisteminin formalaşmasındakı əngəl kimi görürlər. Ona görə də adı qeyd olunan ölkələrlə gec və ya tez Rusiya ilə yaşanan gərginliyin baş verməsi qaçılmaz olacaq. Bu baxımdan Çin İrandakı proseslərin daha da dərinləşməməsi, Tehranın çox qısa zamanda məğlub olmaması, Qərbin bu müharibədə resurslarının daha çox tükənməsi üçün açıq şəkildə dəstəyini nümayiş etdirməyəcək", - deyə müsahibimiz qeyd edib.

Politoloqun fikrincə, Çin-ABŞ münasibətlərinin İran faktoru üzərindən getdikcə gərginləşməsi daha inandırıcı görünür. Qarşıdakı dövrdə bu iki nəhəng dövlət arasında həqiqi və qalıcı bir sülhün yaranması real görünmür:

"Artıq dünya yeni düzənə doğru gedir və bu düzəndə ABŞ ilə Çin eyni qütbdə deyil. Hər iki dövlət əks qütbdə dayanıb. Buna görə də münasibətlərinin getdikcə kəskinləşməsi qaçılmazdır".

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 İyun 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri