Sürətlə gələn yük maşını qarşısına çıxanları əzib keçdi Bakıda dəhşətli qəza VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Bakıda baş verən dəhşətli yol nəqliyyat hadisəsinin videosu anbaan təhlükəsiz şəhər kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi qeydə alınmış videogörüntünü paylaşıb.
Belə ki, yüksək sürətlə hərəkət edən "MAN" markalı yük avtomobilinin sürücüsü, qarşıda avtomobillərin sürətini azaltmasını görsə də, dayana bilməyib. O, gəldiyi sürətlə maşınlara və yolun hərəkət hissəsində dayanıb söhbət edən piyadaya çırpılıb.
Videogörüntüdən aydın şəkildə görünür ki, qəzanı bilavasitə yük maşını törətsə də, hadisənin baş verməsinə səbəb ikinci cərgədə dayanmış avtomobillər olub. Qanunsuz parklanma səbəbindən hərəkət üçün yalnız bir zolaq qalıb. Yolda butulka effekti yarandığı üçün sürücülər hərəkət olan zolağa növbəli şəkildə keçməli olublar. Bu isə hərəkət sürətinin azalmasına səbəb olub. Nəticədə ara məsafəsini düzgün seçməyən yük avtomobilinin sürücüsü dəhşətli qəzanın baş verəməsinə səbəb olub.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 14 Yanvar 2025 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















