Icma.az
close
up
RU
Sürətlə uzanan və güclü saçların sirri AÇIQLANDI

Sürətlə uzanan və güclü saçların sirri AÇIQLANDI

Icma.az bildirir, News24 portalına istinadən.

Saçlar insanın xarici görünüşündə və psixoloji durumunda böyük rol oynayır. Saçların seyrəlməsi və ya uğursuz saç kəsimi insanın özünəinamını azalda bilər. Buna görə də bir çox insan saç baxımı üçün xeyli pul xərcləyir.

News24.az xəbər verir ki, Statistica-nın məlumatına görə, təkcə 2023-cü ildə Britaniyada saç və gözəllik məhsullarına 6,6 milyard funt sterlin xərclənib.

Bəs bu qədər xərcə ehtiyac varmı? Saçlarımızı düzgün qidalanma ilə gücləndirmək mümkündürmü? Mütəxəssislər deyir ki, balanslı qidalanma saçların sağlamlığı üçün olduqca vacibdir.

Britaniya Diyetoloqlar Birliyinin nümayəndəsi Kler Thornton-Vud bildirir ki, saç sağlamlığı üçün bəzi vitamin və minerallar xüsusi əhəmiyyət daşıyır. Çünki saçlar həyati vacib orqan sayılmadığından, orqanizmdə hər hansı qida çatışmazlığı olanda öncə digər orqanlara qida yönləndirilir.

Saç üçün vacib olan vitamin və minerallar

Saçların sağlam uzanması üçün aşağıdakı qida maddələrinin orqanizmdə kifayət qədər olması vacib sayılır:

C vitamini – Kolagenin sintezi və saç follikullarının stimullaşdırılması üçün vacibdir. Çiyələk, meyvə smuziləri və tərəvəzlərlə qəbul edilə bilər.

Omega-3 – Saç dərisi və follikulların sağlamlığına müsbət təsir göstərir. Uskumru, somon, kətan toxumu və qozda olur.

B7 vitamini (biotin) – Saç tökülməsinin qarşısını almaqda rol oynayır. Fındıq, yumurta, paxlalılar və tam taxıllarda mövcuddur.

Dəmir – Saç follikullarına oksigen və qida çatdırılmasında mühüm rol oynayır. Dəmir çatışmazlığı xüsusilə qadınlarda və vegetarianlarda saç tökülməsinə səbəb ola bilər. Qırmızı ət, mərcimək və ispanaqla qəbul edilə bilər.

Zülal (protein) – Saçların əsas tərkib hissəsi olan keratinin formalaşmasında vacibdir. Zülal çatışmazlığı saçların zəifləməsinə və tökülməsinə səbəb ola bilər. Yumurta, süd məhsulları, ət, balıq, paxlalılar və qoz-fındıq tövsiyə olunur.

Sink (çinko) – Saç tökülməsi ilə əlaqəli ola bilər. Ət məhsulları, dəniz məhsulları və quru yemişlərlə təmin edilə bilər.

Nəticə olaraq, həkimlər bildirir ki, saçla bağlı problem varsa, əvvəlcə səbəbləri araşdırmaq üçün mütləq həkimə müraciət olunmalıdır. Bununla yanaşı, sağlam və balanslı qidalanma, saçların sağlam və güclü olmasında mühüm rol oynayır./baku.ws

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://news24.az
archiveBu xəbər 13 İyun 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see324

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see305

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see279

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see268

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see264

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see241

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see241

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see238

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see227

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see222

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see216

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see215

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see209

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see200

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see199

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see197

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see196

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see186

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see182

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri