Icma.az
close
up
RU
Sürətli avtomobilləşmə ölkənin havasına necə təsir edir? EKOLOQDAN ƏHALİYƏ XƏBƏRDARLIQ

Sürətli avtomobilləşmə ölkənin havasına necə təsir edir? EKOLOQDAN ƏHALİYƏ XƏBƏRDARLIQ

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Hava çirklənməsi müasir dövrün ən ciddi ekoloji problemlərindən biridir və bu, insanların gündəlik həyatına birbaşa təsir edir. Sənaye tullantıları, nəqliyyat vasitələrinin buraxdığı qazlar və digər çirkləndirici amillər atmosferin keyfiyyətini aşağı salır. Bu prosesin insan sağlamlığına mənfi təsirləri müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. 

Bəs Bakıda havanın keyfiyyəti hansı səviyyədədir və bunun sağlamlığa hansı fəsadları var?

Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli Avtosfer.az-a açıqlamsında bildirib ki, hava çirklənməsi təbii və antropogen (insan fəaliyyəti ilə əlaqəli) səbəblərdən yaranır:

“Təbii faktorlar arasında vulkanlar, ildırımlar, yanğınlar və digər təbii hadisələr yer alır. Ancaq insan fəaliyyətinin təsiri daha genişmiqyaslıdır və hava çirklənməsini ciddi şəkildə artırır. Bu fəaliyyətlərə ağır sənaye, avtomobil qazları, sənaye tullantıları, müharibələr və digər antropogen səbəblər daxildir.
Azərbaycan, xüsusən Bakı şəhəri hava çirklənməsi ilə üzləşən regionlardandır. Buradakı hava çirklənməsinin əsas səbəblərindən biri Sovet dövründə neft sənayesinin inkişafıdır. Neftin çıxarılması və emalı prosesləri, həmçinin torpaqların çirklənməsi və radiasiya tullantıları havanın keyfiyyətinə mənfi təsir etmişdir. Bununla yanaşı, Bakıda artan sənayeləşmə və nəqliyyat vasitələrinin sayı hava çirklənməsini daha da artırmışdır.

Bununla belə, son illərdə bu problemlərin həlli istiqamətində bəzi tədbirlər görülür. Məsələn, Bakıda ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsi artıb. Elektrikli avtomobillər və bioyanacaqla işləyən avtobuslar bu məsələnin həllində önəmli addımlardır. Həmçinin avtomobillərin emissiya standartları daha da sərtləşdirilib, köhnə texnologiyalı nəqliyyat vasitələrinin istifadəsi məhdudlaşdırılıb. Bu dəyişikliklər nəticəsində hava çirklənməsinin müəyyən dərəcədə azaldılması mümkün olmuşdur”.

Ekoloq əlavə olaraq qeyd edib ki, Bakıda tıxaclar və yolda uzun müddət qalan insanların sağlamlığına ciddi təsir edir. İnsanlar gündəlik həyatda böyük hissəsini avtomobillərdə keçirir, bu da həm psixoloji, həm də fizioloji sağlamlığa zərər verir:

“Stress, narahatlıq və fiziki gərginlik insanların ömrünü qısaldır və xəstəliklərin yaranmasına səbəb olur. Hava çirklənməsi ilə yanaşı, tıxaclarda qalan insanların sağlamlıq problemləri daha ciddi hal alır.

Bakı və digər şəhərlərdə hava çirklənməsi problemini daha effektiv şəkildə həll etmək üçün nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqi və sənaye fəaliyyəti üzərində ciddi nəzarət tədbirlərinin gücləndirilməsi lazımdır. Bundan əlavə, tıxacları azaldacaq tədbirlərin həyata keçirilməsi, insanların daha rahat və sağlam şəraitdə hərəkət etməsi üçün vacibdir. Hava çirklənməsi ilə mübarizədə həm texnoloji irəliləyişlər, həm də cəmiyyətin ekoloji məsələlərə diqqətinin artırılması vacibdir”.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Fevral 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri