Suriya 60 il əvvəl edam edilmiş casusun əşyalarını təhvil verdi
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Suriya İsrail ilə münasibətləri yaxşılaşdırmaq və ABŞ Prezidenti Donald Trampa xoş niyyətini göstərmək üçün 60 il öncə edam edilmiş casus Eli Kohenin əşyalarını İsrailə təhvil verib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, İsrail Kohenə aid sənədləri, fotoşəkilləri və şəxsi əşyaları əldə etdiyini açıqlayıb.
Mənbələr bunun İsrail ilə münasibətləri yaxşılaşdırmaq və ABŞ Prezidenti Donald Trampın etimadını qazanmaq üçün Suriya rəhbərliyinin icazəsi ilə həyata keçirildiyini iddia edir.
Qeyd edək ki, “Mossad”ın casusu olan Eli Kohen 1965-ci ildə Dəməşqin mərkəz meydanında asılaraq edam edilib. İsraildə qəhrəman elan edilmiş Kohenin sızdırdığı hərbi sirrlər 1967-ci ildə baş vermiş Altıgünlük müharibədə İsrailin ildırımsürətli qələbəsinə şərait yaradıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 21 May 2025 06:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















