Icma.az
close
up
RU
Suriya Böhranında Yeni Faza: “Heyət Təhrir əşŞam” və Türkiyənin Strateji Təsiri

Suriya Böhranında Yeni Faza: “Heyət Təhrir əşŞam” və Türkiyənin Strateji Təsiri

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər Suriyada "Heyət Təhrir əş-Şam" qruplaşmasının Bəşər Əsəd silahlı qüvvələrinə qarşı əməliyyatlara başlaması və qısa müddətdə  sürətlə irəliləməsi, o cümlədən Hələbi və digər  əraziləri ələ keçirməsi  onu göstərir ki, bu qruplaşma kifayət qədər hazırlıqlı  əməliyyata başlayıb. Bu qruplaşma müxtəlif mərhələlərdən keçərək yeni taktikalara və strukturlara yönəlib”.

Bu fikirləri Moderator.az-a açıqlamasında politoloq Sabir Məmmədli deyib.

Onun sözlərinə görə, ilk mərhələdə, qruplaşma özünü gizlədərək hərbi texnologiya və cihazlardan istifadə edib, xüsusən gecə görmə eynəkləri kimi texniki vasitələrdən faydalanıb. Bu, onların əməliyyatlarını daha effektiv həyata keçirməsinə imkan verir:

 “Ardınca, qruplar arasında əvəzlənmə prosesi başlayıb. Bu, qruplaşmanın ərazinin nəzarətini artırmağa çalışdığı bir addım idi. İkinci mərhələdə, qruplaşma artıq hərbi taktikalardan daha çox siyasi və sivil davranışlara yönəlmişdir. Bu dəyişikliklər özünü daha çox hakimiyyətə iddia edən bir siyasi qüvvə kimi təqdim etməyə çalışmaları ilə göstərir. Onlar artıq  hərbi qruplaşma kimi fəaliyyət göstərməkdən daha çox, gələcəkdə hakimiyyəti ələ keçirməyə çalışan bir siyasi güc olaraq özlərini təqdim edirlər. Qruplaşma bu yolla həm sivil, həm hərbi, həm də siyasi baxımdan öz mövqeyini gücləndirir. Bu dəyişikliklər, qruplaşmanın gələcəkdəki məqsədlərinə çatmaq üçün yeni yollar axtardığını və hakimiyyətə yaxınlaşma üçün daha kompleks üsullar istifadə etdiyini ortaya qoyur. Nəzərə almaq lazımdır ki, bu qruplaşmanı, İran sonra Rusiya mənbələri də birbaşa olaraq Türkiyənin hazırladığını qeyd edir. Çünki bu qruplaşmanın tərkibində xeyli sayda kiçik qruplar var və qrupların müəyyən bir hissəsi türkmən əhalisinin nümayəndəsidir. Çünki onlar türk dilində danışırlar və açıq şəkildə özlərini bəyan edirlər. Türkiyənin  nəzarətində olan İdlib bölgəsində bu qruplaşmanın hazırlaşması, əməliyyatı planlaşdırılması məsələsi Türkiyənin hərbi kəşfiyyatının diqqətindən kənarda ola bilməzdi. Türkiyə Milli Suriya Ordusuna açıq şəkildə dəstək verməklə Suriyanın bir sıra əraziləri öz nəzarətinə götürüb. Nə "Heyət Təhrir əş-Şam" və nə Milli Suriya Ordusu aralarında hansısa bir narazılıq bildirmirlər, yəni bir -birinə kifayət qədər  loyal münasibət bəsləyirlər. Üstəlik də Milli Suriya Ordusu  əsasən PKK/ YPG kürd terrorçularına qarşı əməliyyatlar aparır və "Heyət Təhrir əş-Şam"  Milli Suriya Ordusunun bu əməliyyatlarına etiraz etmir. Bu çox vacib məsələdir. Bu da onu göstərir ki, müəyyən mənada bu ortaq rolu Türkiyə oynayır. Bu iki hərbi güc arasında Bəşər Əsəd çıxılmaz vəziyyətdədir”.

Politoloq bildirir ki, uzun müddət ərzində Rusiya çalışırdı ki, Türkiyə ilə Suriyanın rəhbərləri arasında körpü rolunu oynasın:

“Bəşər Əsəd və  Ərdoğan arasında bir körpü yaratmaq, həm də Rusiya üçün əlverişlidir. Çünki Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb. Ona görə də  xeyli dərəcədə Suriya yükündən azad olunmağa çalışırdı və oranı stabil saxlamağa belə meyilli idi. Rusiya maraqlıdır ki, Suriyada qalsın, öz nüfuzunu saxlasın. Çünki Aralıq dənizində Rusiya öz hərbi bazasını saxlamağa çalışır. Rəcəb Tayyib Ərdoğan da Suriya məsələsində müəyyən razılıq əldə etmək üçün maraqlı idi. Çünki Türkiyə çox böyük qaçqın  yükü altındadır və Rəcəb Ərdoğan  ölkə daxilində  təzyiqlərlə üzləşir. Ona görə Rəcəb Tayyib Ərdoğan maraqlı idi ki, Bəşər Əsədlə bir razılığa gəlsin və qaçqınların  tədricən geriyə dönməsinə şərait yaratsınlar. Amma Bəşər Əsəd də görünür, İranın təsiri ilə Təyyib Ərdoğanla əlaqəni gücləndirmək istiqamətində addım atmadı. Əksinə, sərt bəyanatlar da verdi. Faktiki olaraq Bəşər Əsəd Suriyada İranın möhkəmlənməsini istəyir.

İsrail bu prosesləri kifayət qədər diqqətlə izləyir. Belə ki, Hizbullah qruplaşması Suriya ərazisindən İsrailə dəfələrlə hücumlar edirdi və ağır zərbələr endirirdi. Lakin  Livandakı hadisələrlə əlaqədar olaraq İranın böyük zərbə alması Suriyada İranın mövqeyi xeyli dərəcədə zəiflətdi. İsrailin əsas məqsədi, kürd separatçılarına dəstək verərək Türkiyənin qonşuluğunda yeni bir kürd dövləti qurulmasına şərait yaratmaqdır. Bu plan, həm Türkiyə, həm də İrana qarşı strateji bir avantaja çevrilə bilər. Əvvəlki dövrlərdə də bir neçə belə cəhd olmuşdu, lakin Türkiyə bunun qarşısını almışdı”.

S.Məmmədli vurğulayır ki, Bəşər Əsədin ordusu tamamilə yararsız vəziyyətdə - darmadağın edilməkdədir:

“Bəşər Əsədin İsraillə hansısa bir əlaqə qurmaq  cəhdi başqa problemlərə yol açacaq, bu həm Türkiyə, həm də İran tərəfindən ilk növbədə gərginliyə səbəb olacaq.  Çünki İranla- İsrail arasında münasibətlərin nə dərəcədə gərgin olması  ictimaiyyətə də bəllidir. Ona görə, regionda baş verən hadisələr sözsüz  Yaxın Şərqin siyasi xəritəsini ilk növbədə dəyişəcək və bütün ölkələrin münasibəti, davranışı tamamilə yeni müstəviyə keçəcək. Eyni zamanda, Türkiyənin mövqeyi istənilən halda qat- qat güclənəcək. Türkiyənin Suriya ilə sərhəd boyunca olan əraziləri nəzarət altında saxlayır və bu bölgədəki Suriya türkmənlərinin vəziyyətinə dair bir baxış təklif edir. Suriya əhalisinin  təxminən 13-15 faizini türkmənlər təşkil etdiyi  üçün bu torpaqlar türkmənlərin olmalıdır.  Bu ərazilərin Türkiyənin nəzarətinə keçməsi suriyalı qaçqınların öz torpaqlarına qayıtmasına səbəb olacaq. Regionda Türkiyə üçün əlverişlı şərait yaranıb və  Rəcəb Tayyib Ərdoğan da  bu prosesi uğurla irəliyə aparır. Bəşər Əsədin vəziyyəti kritikdir və məcbur olub danışıqlara başlayacaq və  "Heyət Təhrir əş-Şam" təşkilatı adını dəyişəcək. Çünki bu təşkilat siyasi partiya kimi  bir ad götürəcək. Suriya türkmənləri də həmin bu prosesdə birbaşa olaraq iştirak edəcək, çünki Türkiyə bunu təmin edəcək. Beynəlxalq müstəvidə Suriya məsələsi müzakirə olunanda Suriya türkmənlərinin də  muxtariyyət məsələsi gündəmə gətiləcək”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Dekabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri