Icma.az
close
up
RU
Suriya çökəcək, Putin dünyanın sahibi olacaq?: Vanqanın qan donduran öncəgörənlikləri...

Suriya çökəcək, Putin dünyanın sahibi olacaq?: Vanqanın qan donduran öncəgörənlikləri...

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"2025-ci ildə Avropada ölümcül savaş baş verəcək, qitənin özünü məhv edərək onu boş torpağa çevirəcək, bütün əhalisini yox edəcək..." 

Əfsanəvi bolqar öncəgörəni Vanqanın tükürpədici proqnozları son günlər qəzet başlıqlarını bəzəməkdədir, çünki bir çoxlarının fikrincə, o, yenidən haqlı olduğunu sübut edib.

Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Star" nəşri yazıb.

İsrailin "Walla" portalı bu məlumata əsaslanaraq "kor cadugər" adlandırdığı Vanqanın öncəgörənliyinə bir neçə material həsr edib.

Nəşrin dəyərləndirməsinə görə, "balkan Kassandrasının" proqnozları "bir-birinin ardınca gerçəkləşir" və Rusiya prezidenti Vladimir Putinlə bağlı xüsusilə bir dəhşətli nəsnə var. Təəssüf ki, Vanqa sağ deyil, "Walla" yazır, əks halda o, belə şöhrətindən zövq alacaqdı.

Beləliklə, nəşrin istinad etdiyi nöqtə Vanqanın Suriyanın çöküşündən sonra dünya savaşının baş verəcəyi proqnozudur. Dəməşq və digər şəhərlərin suriyalı üsyançılar tərəfindən ələ keçirilməsi və Bəşər Əsəd rejiminin iflası fonunda, deyəsən, o, nə dediyini gözəl bilib, nəşr yazıb.

Qeyd edilir ki, bu, onun öncəgörmələrinin gerçəkləşdiyi ilk dəfə deyil. Bundan öncə Vanqa dünyada baş verən 11 sentyabr terror aktları, Britaniyanın Avropa İttifaqından çıxması kimi baş verən böyük hadisələri öncədən görüb. Öncəgörənin statistləri iddia edir ki, onun proqnozlarının uğur qazanmaq ehtimalı 85 faiz təşkil edir.

Vanqanın qarşıdakı 2025-ci il üçün öncəgörənliklərinin qorxunc dəqiqliyi hətta ona daha az inananları da narahat etməyə qadidir. Onların birində deyilir ki, "Suriya çökən kimi Qərblə Şərq arasında böyük savaşı gözləyin".

"Yazda Şərqdə böyük savaş başlayacaq və üçüncü dünya savaşına keçəcək, - Vanqa nənə nə zamansa vəd edib. - Şərqdəki savaş Qərbi məhv edəcək". Bu zaman şəksiz qalibi o, göstərməyib. Onun sözlərinə görə, Şərqlə Qərb arasında döyüş tərəflərdən birinin məhvi ilə bitəcək.

Digər proqnozlarında ona inanan təqdiqatçılar onun Vladimir Putinlə bağlı öncəgörənliyinə diqqət çəkib və dərhal sosial şəbəkələrdə paylaşıb.

30 ildən çox öncə Vanqa iddia edib ki, guya, Vladimir Putin "dünyanın sahibi" olacaq, Avropa isə "səhralığa" çevriləcək. O, həmçinin vəd edib ki, "hər şey buz kimi əriyəcək, yalnız bir şey toxunulmaz qalacaq, bu da Vladimirin şöhrəti, Rusiyanın şöhrətidir".

Xüsusilə Rusiyada bir çoxları onun sözlərini Kremlin Ukrayna ilə müharibəsində qələbəsi və Kiyevin Ukraynanın müdafiəsinə Co Baydendə olan sıx bağlılığını, görünür, bölüşməyən Donald Trampın hakimiyyətə dönməsilə Amerikanın hərbi dəstəyinin mümkün azalması ilə əlaqədar bu yaxınlardakı narahatlığı ilə bağlayıb. 

Geridə qalan 2024-cü ilə gəldikdə isə, Vanqanın proqnozlarına görə, bu il bütün dünya boyunca yayılan "apokalipsisin başlanğıcı" olacaq. Bunun təsdiqini Yaxın Şərqdə davam edən münaqişə, İsrail, HƏMAS, "Hizbullah" və İran arasında savaş və ən nəhayət Suriyadakl son hadisələrdə görmək olar.

2025-ci ildə isə, bolqar öncəgörəninin tutqun proqnozlarına görə, Avropada baş verən "ölümcül savaş" qitənin özünü məhv edərək onu "boş torpağa" çevirək, bütün əhalisini yox edəcək. 

Bununla birlikdə, Vanqanın proqnozuna görə, "dünyanın sonu"na hələ çox qalıb, ən pis halda 5079-cu ildə dünya "özünün mütləq sonuna yetişəcək".

Vanqanın pərəstişkarları onun sözlərində dünya düzəninin dəyişəcəyini görür. Bu zaman skeptiklər xatırladır ki, öncəgörənlərin proqnozları bir çox hallarda baş verən hadisələrdən asılı olaraq interpretasiya edilir.

Lakin etiraf etmək gərəkdir ki, Suriyanın çöküşünü həqiqətən də bütün dünyaya təsir etmək iqtidarında olan qlobal dəyişikliklərin rəmzi hesab etmək olar. Digər tərəfdən, bir mahnıda deyildiyi kimi, "heç də hər şey birmənalı deyil.

"Suriya hələ çökməyib. Suriya fatehin ayaqları altına düşəcək, fateh isə düşündüyünüz olmayacaq!" - Vanqa dəfələrlə bunu vəd edərək ən gözlənilməz mülahizələr üçün meydan saxlayıb.

Vanqanın "dünyanın ayaqlarının altına düşəcək" hansısa Vladimir barədə xatırlatmasına gəldikdə, nəzəri cəhətdən bunun tamamilə başqa prezident olduğunu, Kremlin düşünmək istədiyinin əsas düşmənlərindən birini hesab etmək olar.

Həm də sırf coğrafi cəhətdən az savadı olan bolqar təqaüdçüsü bir qədər yanıla bilərdi, onun vəd etdiyi Rusiyanın şöhrəti sözləri altında tarixi ərazi olan, deyək ki, Kiyev Rusiyasını və konkret olaraq Kiyevi nəzərdə tuta bilərdi. Necə deyərlər, yaşayarıq, görərik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Dekabr 2024 23:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri