Icma.az
close
up
RU
Suriya: ƏrRiyad ölkənin yenidən qurulmasına kömək etməyə hazır olduğunu bildirib

Suriya: ƏrRiyad ölkənin yenidən qurulmasına kömək etməyə hazır olduğunu bildirib

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanı rəhbərliyi Suriyanın yeni hakimiyyət orqanlarına dəstəyini ifadə edib və ölkənin yenidən qurulmasında kömək etməyə hazır olduğunu təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani təyinatından sonra Ər-Riyada ilk xarici səfərindən sonra bildirib.

“Səudiyyə Ərəbistanı Suriya xalqına və Suriyanın yeni administrasiyasına dəstəyini ifadə edib və Suriyanın dirçəlişində iştirak etməyə, onun birliyini və ərazi bütövlüyünü dəstəkləməyə hazır olduğunu təsdiqləyib”, - deyə əl-Şibani "X" sosial plarformasında dərc olunan bəyanatında qeyd edib.

Xarici işlər naziri bildirib ki, Suriya nümayəndə heyəti öz növbəsində səfər zamanı “Suriya regionda müsbət rol oynamasını və ərəb ölkələri ilə təhlükəsizlik və sabitliyin qorunması, eləcə də rifahın təmin edilməsinə yönəlmiş birgə siyasətin inkişaf etdirilməsinin” təmin edilməsinə sadiqliyini ifadə edib.

Yanvarın 1-i axşam Suriya keçid hökumətinin nümayəndə heyəti Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra ilk xarici səfəri ilə Ər-Riyada gəlib. Yanvarın 2-də Suriyanın yeni administrasiyasının müdafiə naziri Murhaf Əbu Kasra, Baş Kəşfiyyat Xidmətinin rəhbəri Ənəs Həsən Xəttab və Xarici İşlər Naziri Əl-Şibani Müdafiə Nazirliyinin rəhbəri və Səudiyyə Ərəbistanı şahzadəsi Xalid bin Salman Əl Səud ilə görüşüb.

2024-cü il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Həmin il dekabrın 8-də Dəməşqə daxil oldular, Bəşər Əsəd Rusiyanın köməyi ilə Suriyadan qaçıb. Dekabrın 10-da İdlib vilayətində Qurtuluş Hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya Nazirlər Kabinetinin rəhbəri təyin olunduğunu açıqlayıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Yanvar 2025 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see319

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see189

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see151

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri