Suriya müxalifəti ölkənin bölünməsi ilə razılaşmayacağını bildirib
Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Suriyanın yeni hakimiyyət orqanları ölkə ərazisinin heç bir hissəsinin Dəməşqin nəzarətindən çıxmasına icazə verməyəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Bizimyol.info xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalına Suriya müxalifətinin siyasi departamentinin nümayəndəsi məlumat verib.
“Biz Suriyanın bölünməsi və ya onun hər hansı bir hissəsinin Dəməşqin nəzarətindən çıxması ilə razılaşmayacağıq”, - deyə o qeyd edib.
“Biz insanların istəklərinə cavab verən Suriyanın yenidən qurulmasını həyata keçirəcəyik. Suriyadakı xristianlar, druzlar və kürdlər kimi bütün etnik və dini qruplara mülkləri və ibadət yerləri ilə bağlı toxunulmazlıq hüquqlarının qorunacağını bildirmişik”, - deyə o əlavə edib.
Qadir, Bizimyol.info

Suriya müxalifəti ölkənin ən böyük həbsxanasını muzeyə çevirmək istəyir
13 Dekabr 2024 17:49
Ölkənin ikiyə bölünməsi qaçınılmaz ola bilər Dodik
04 İyul 2025 13:20
Suriya: ƏrRiyad ölkənin yenidən qurulmasına kömək etməyə hazır olduğunu bildirib
03 Yanvar 2025 21:35
Suriya hakimiyyəti ölkənin gerbində dəyişiklik edib
04 İyul 2025 13:43
Suriya hakimiyyəti ölkənin cənubundakı druzlar ilə razılığa gəldi
11 Mart 2025 18:26

