Icma.az
close
up
RU
Suriya haqqında heç vaxt bilmədiyiniz maraqlı FAKTLAR

Suriya haqqında heç vaxt bilmədiyiniz maraqlı FAKTLAR

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Suriya dünyanın ən qədim sivilizasiyalarından birinə ev sahibliyi edir. 

Ölkə.Az xəbər verir ki, bölgədə təxminən 700 min il əvvələ aid insan qalıqları tapılıb.
Suriya adı qədim Yaxın Şərqin böyük imperiyalarından birinin mərkəzində yerləşən Şimali Mesopotamiyada qədim krallıq olan Assuriyadan gəlir. Assuriya müasir İraqın şimalında və Türkiyənin cənub-şərqində yerləşirdi.

Qədim dövrlərdə Suriya misirlilər, hetlər, şumerlər, mitannilər, assurlar, babillilər, kənanlılar, finikiyalılar, aramilər, amorlular, farslar, yunanlar və romalılar da daxil olmaqla bir neçə imperiya tərəfindən işğal edilib və idarə edilib.
400 ildən artıq (1516-1918) Suriya Osmanlı İmperiyasının tərkibində olub.

Suriya dünyanın ən qədim kitabxanasına ev sahibliyi edir. 1974-cü ildə qədim Ebla şəhəri eramızdan əvvəl 3000-ci ilə aid təxminən 1800 gil lövhə ilə birlikdə kəşf edildi.
Suriya xalqı uzun müddət ərzində bir neçə mənşədən inkişaf edib. Yunan və Roma etnik təsiri olsa da, Ərəbistan və Mesopotamiyanın semit xalqları - arameylər, assurlar, xaldeylər və kənanlılar ilə müqayisədə cüzi idi. Sonralar türklər, özlərindən əvvəlki yunanlar və romalılar kimi, siyasi və iqtisadi strukturlara təsir göstərib, lakin Suriya xalqının hakim ərəb xarakterində nəzərəçarpacaq dəyişiklik yarada bilməyiblər.


Rəsmi dilləri ərəb, kürd, erməni, aramey, çərkəz, fransız və ingilis dilləridir. 
Əhalisinin 78%-ni müsəlmanlar, 10%-ni  xristianlar, 3%-ni isə druzlar təşkil edir.
Suriyada hələ də qədim aramey dili danışılır. Qədim dövrlərdə aramey dili Yunanıstan və Misir də daxil olmaqla bir çox sivilizasiyada ortaq dil idi. Bu gün yalnız Suriya, İran, Türkiyə, İraq, Ermənistan və Gürcüstanda kiçik icmalarda danışılır.


Milli valyutası Suriya funtudur.
Suriya əhalisinin təxminən beşdə dördü savadlıdır.
2001-ci ildə Papa II İohann Pavel Dəməşqdəki Əməvilər məscidini ziyarət edərkən məscidə daxil olan ilk papa olub.
Əməvi məscidi (və ya Dəməşqin Böyük Məscidi) sağ qalmış ən qədim daş məsciddir. 705-715-ci illər arasında tikilmiş bu məscid çox vaxt İslamın 4-cü ən müqəddəs ibadət yeri hesab olunur.


2011-ci ildən bəri Suriya ərəb baharı ilə başlayan şiddətli vətəndaş qarşıdurması gedir. Bu müharibə 7,2 milyon suriyalını ölkə daxilində didərgin salıb və azı yarım milyon insanın həyatına son qoyub.
Suriya dünyanın ən böyük qaçqın böhranına səbəb olub. Müharibə 14 milyondan çox suriyalını evlərini tərk etməyə məcbur edib. Təxminən 5,5 milyon suriyalı qaçqın Misir, İraq, İordaniya, Livan və Türkiyə kimi qonşu ölkələrdə yaşayır.
2024-cü il Beynəlxalq SOS Səyahət Risk Xəritəsinə görə Suriya dünyanın 9 ən təhlükəli ölkəsi sırasındadır. Bura "səyahət üçün həddindən artıq təhlükəsizlik riski" daşıyan ölkə kimi qiymətləndirilib.
Suriya rəsmi olaraq 48 il fövqəladə vəziyyət rejimi altında idi. Fövqəladə vəziyyət qanunu ilk dəfə 1962-ci ildə tətbiq edildikdən sonra etirazlardan sonra 2011-ci ildə ləğv edilib.
Müstəqillik əldə etdikdən sonra Suriya qonşu ölkələrlə bir neçə münaqişə ilə yaşayıb. İsrail 1967-ci il 6 günlük müharibədən sonra Colan (Qolan) Təpələri ərazisini işğal etməyə davam edir.
Qışqırıq Vadisi (və ya Qışqıran Təpə) Suriyada Eyn əl-Teyniya kəndinin İsrailin işğalı altında olan Colan Təpələrindəki Məcdəl əl-Şəms şəhərindən təcrid olunduğu bir vadidir. Belə adlanmasına səbəb isə ərazidə yaşayan ailələrin minalanmış və tikanlı məftillərlə əhatəyə alınmış ərazidə yaşayan qohumları ilə danışmaq üçün meqafonlardan istifadə etmələri idi. Son zamanlar isə mobil telefonlar və internet sayəsində artıq bir-birlərindən daha rahat xəbər alırlar.


Birinci Dünya müharibəsi zamanı Osmanlı İmperiyasının dağılmasından sonra Suriya 1946-cı ildə müstəqillik qazanana qədər Fransa tərəfindən idarə olunub.
1958-1961-ci illərdə Suriya Birləşmiş Ərəb Respublikası kimi tanınan Suriya və Misirin qısamüddətli ittifaqının bir hissəsi idi.
Suriya bayrağı qırmızı, ağ və qara üfüqi zolaqlıdır, ağ zolaqda iki yaşıl ulduz var. Bayraq iki ulduzun Suriya və Misir dövlətlərini təmsil etdiyi Birləşmiş Ərəb Respublikasının (1958-1961) keçmiş bayrağı ilə eynidir. Rənglər zülmü (qara), inqilabı (qırmızı) və parlaq gələcəyi (ağ) simvollaşdırır.


Suriyalılar ildə cəmi 0,13 litr spirtli içki qəbul etdiklərinə görə dünyada ən az içənlər siyahısında 9-cudurlar.
Suriyanın paytaxtı Dəməşq YUNESKO siyahısına salınıb və dünyanın ən qədim daimi məskunlaşan şəhərlərindən biri hesab olunur. Təxminən e.ə. 3-cü minillikdə qurulub. Bu şəhərin adı İncilin “Yaradılış” kitabında da çəkilir.
Ümumilikdə Suriyada Hələb, Bosra, Dəməşq və Palmira qədim şəhərləri, Şimali Suriyanın qədim kəndləri və “Crac des Chevaliers” və “Qal'at Salah El-Din” səlibçi qalaları da daxil olmaqla 6 YUNESKO obyekti var.

Orta əsrlərdə Hələb Çini Qərblə birləşdirən qədim ticarət yolları şəbəkəsi olan İpək Yolu boyunca əsas ticarət məntəqəsi idi.
“Qumların Venesiyası” kimi tanınan qədim Roma şəhəri Palmiradakı bir çox heykəl və məbədlər 2015-ci ildə İŞİD yaraqlı qruplaşmasının əraziyə nəzarəti ələ keçirməsindən sonra dağıdılıb.


Suriya gender bərabərliyi baxımından ən pis ölkələrdən biridir. 2021 Qlobal Gender Uçurumu İndeksində beşinci yerdə qərarlaşıb. 2023-cü il hesabatında bu, kifayət qədər məlumat olmadığı üçün qeyd edilməyib. 
2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlamasından sora 2015-2017-ci illərdəki peyk görüntüləri Suriyanın gecələr 83% qaranlıq olduğu üzə çıxıb.
Buna səbəb isə işıqlandırmanın yetərli səviyyədə olmaması, insanların ölkədən qaçması və geridə qaranlıq evlər və yıxılan binalar qalmasıdır.

Suriya “Sivilizasiyanın beşiyi” olaraq da bilinən Bərəkətli Aypara kimi tanınan ərazinin bir hissəsidir. Bərəkətli Aypara indiki Misir, İordaniya, Livan, Fələstin, İsrail, Suriya, Türkiyə, İran, İraq və Kiprin hissələrini özündə birləşdirən təxminən aypara formalı münbit torpaq sahəsini əhatə edir.


Suriyanın əhalisi dünya ortalamasından bir qədər yüksək sürətlə artır. Ölkədə doğum səviyyəsi əksər qonşu ölkələrlə müqayisədə yüksəkdir və eyni zamanda dünya ortalamasından da yüksəkdir. Suriyada gözlənilən ömür dünya ortalamasından xeyli yüksəkdir. 21-ci əsrin əvvəllərində Suriya əhalisi bütövlükdə olduqca gənc idi: suriyalıların təxminən üçdə biri 15 yaşdan kiçik və dörddə birindən çoxu 15-30 yaş arasında idi.

Mənbə: Brittanica.com, factsinstitutte.com

Billurə Yunus
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Dekabr 2024 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2076

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see270

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see226

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see203

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see186

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see177

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see162

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see147

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see138

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see131

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see130

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri