Suriya Müvəqqəti Hökuməti yeni əməliyyat siqnalı verdi: Onlar zəhərli xəncərdir
Mia.az saytına istinadən Icma.az xəbər verir.
Suriya Müvəqqəti Hökumətinin müdafiə naziri Həsən Əl Həməda ölkənin şərqində böyük ərazini işğalda saxlayan ABŞ-ın açıq dəstəklədiyi PKK/YPG-yə qarşı əməliyyat siqnalı verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, sosial media hesabından paylaşımda yazıb.
Nazir bildirib ki, terrorçu PKK qruplaşması ötən illərdən Suriya inqilabının kürəyinə zəhərli xəncər kimi saplanıb:
"Bu gün də Suriya üçün bir xəncərdir. Ölkədə onlara qarşı əməliyyatla bağlı böyük bir ictimai tələblər var. Suriyanın şərq vilayətlərini terrorçu PKK partiyasından qurtarmağın zamanı gəlib. Buraları separatçılardan təmizləməsək, azad Suriya təhlükəsiz olmayacaq”.
Xatırladaq ki, "Heyət Təhrir əl-Şam" (HTŞ) lideri Əbu Məhəmməd əl-Qolani da Suriya televiziyasına verdiyi açıqlamada ölkədəki bütün silahlı qrupların ləğv olunaraq, silahlarının Müdafiə Nazirliyinə təhvil veriləcəyini bəyan edib.
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 16 Dekabr 2024 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















