Suriya müxalifəti hücum barədə Türkiyəni 6 ay əvvəldən məlumatlandırıb Şok detallar üzə çıxdı
Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.
Bir gün əvvəl Dəməşqdə hakimiyyəti ələ keçirən silahlı Suriya müxalifəti altı ay əvvəl Türkiyə tərəfini Suriyanın rəsmi hakimiyyətinə qarşı genişmiqyaslı hücuma başlamaq niyyəti barədə məlumatlandırmışdı.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
“Suriya müxalif qrupları təxminən altı ay əvvəl Türkiyəni böyük hücum planları barədə məlumatlandırıblar və onun gizli razılığını aldıqlarına inanırdılar”, - agentliyin materialında deyilir.
Eyni zamanda, Birləşmiş Ştatlar bəyan edib ki, Vaşinqton Ankaranın silahlı Suriya müxalifətinin Ərəb Respublikasının şimalında yerləşən Hələb vilayətinə hücum planlarını “təsdiqləməsindən” xəbərsizdir.
Suriya yaraqlılarının hücumu ötən həftənin ortalarında, noyabrın 27-də İdlib və Hələb əyalətlərində başlayıb. Dekabrın 8-də səhər saatlarında hökumət əleyhdarı qoşunlar Suriyanın paytaxtı Dəməşqə daxil olub, bundan sonra prezident Bəşər Əsəd rejiminin süqutunu elan edib. O, istefa verib və ölkəni tərk edərək Rusiyaya gedib və orada sığınacaq alıb. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali islamçılarla danışıqlar apardığını və hakimiyyətin dinc yolla ötürülməsini təşkil etmək niyyətini açıqlayıb.
Akqabay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 09 Dekabr 2024 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















