Suriya Tartus limanına rus əsgərlərini buraxmayıb “Bir ölkəyə girmək asandır, əsas məsələ oradan çıxmaqdır”
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Suriya Müdafiə Nazirliyi Rusiya hərbi konvoyunu Tartusdakı hərbi bazaya buraxmayıb.
“AzPolitika” teleqram kanallarında yayılan məlumatlara istinadla xəbər verir ki, bu səhər Latakiya əyalətində yerləşən Xmeyimim hava bazasından raketlərlə silahlı 30 nəqliyyat vasitəsindən ibarət konvoy yola düşüb. Lakin Tartus nəzarət-buraxılış məntəqəsində səkkiz saatlıq gözləmədən sonra konvoy öz bazasına qayıtmağa məcbur olub.
Məlumatı şərh edən hərbi analitik Aqil Rüstəmzadə bildirir ki, Rusiya Suriyadan hərbi texnika və əsgərlərin təxliyyəsi üçün ciddi çətinliklər yaşayır. Onun sözlərinə görə, Rusiya bu yükləri və canlı qüvvəni Tartusdan dəniz yolu ilə evakuasiya etmək istəyir.
“Amma necə deyərlər, bir ölkəyə girmək asandır, problem isə ordan çıxmaqdır. Əfqanıstan Rusiya üçün də parlaq nümunədir”, - ekspert vurğulayıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 11 Fevral 2025 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















