Suriya və Dünya Bankı razılaşdı: Ölkə bərpa edilir
Icma.az, Axar.az saytına istinadən bildirir.
Suriya və Dünya Bankı ölkənin yenidən qurulmasını dəstəkləmək üçün çoxdonorlu fond yaratmaq barədə razılığa gəliblər.
Axar.az xəbər verir ki, bu barədə SANA xəbər agentliyi tərəfindən dərc edilən birgə bəyanatda bildirilir.
Sənəddə deyilir ki, Suriya Ərəb Respublikası və Dünya Bankı Qrupu Suriyanın Bərpası və Yenidənqurma Etimad Fondunun (START) yaradılması barədə razılığa gəliblər. Fond güzəştli maliyyələşdirmə, investisiya zəmanətləri və texniki dəstək təmin etmək, eləcə də ölkənin institusional potensialını gücləndirmək üçün nəzərdə tutulub.
Dünya Bankı fondu Suriya hakimiyyəti tərəfindən müəyyən edilmiş prioritetlərə uyğun olaraq donorlar və inkişaf tərəfdaşları ilə birgə idarə edəcək. Mexanizm beynəlxalq dəstəyi səfərbər etmək və iqtisadi bərpa, yenidənqurma və institusional islahatları sürətləndirmək üçün yardımı əlaqələndirmək üçün nəzərdə tutulub.
Suriyanın maliyyə naziri Məhəmməd Yasir Barniyə bildirib ki, bu saziş beynəlxalq tərəfdaşlarla əməkdaşlığın yeni mərhələsini açır:
"Biz dürüstlük, şəffaflıq, hesabatlılıq və yaxşı idarəetmənin ən yüksək standartlarına olan qətiyyətli sadiqliyimizi bir daha təsdiqləyirik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 18 Oktyabr 2026 23:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















