Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Suriya yenidən gündəlikdə “Hizbullah” və HƏMASdan sonra növbə Bəşşara çatır TƏHLİL

Suriya yenidən gündəlikdə “Hizbullah” və HƏMASdan sonra növbə Bəşşara çatır TƏHLİL

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriyada müxalif “Heyət Təhrir eş-Şam” (HTŞ) yenidən fəallaşıb. İki gündür Hələb və İdlib istiqamətində ağır döyüşlərin getdiyinə dair xəbərlər yayılır. Bu, 2020-ci ilin martında Türkiyə ilə Rusiya arasında əldə edilən razılaşmadan sonra Bəşşar Əsəd hakimiyyətinə qarşı ilk böyük hücum sayılır.

Hər iki tərəfdən çoxlu sayda itkinin olduğu bildirilib. Məlumata görə, HTŞ gücləri Hələb şəhərinin mərkəzinə doğru irəliləyir. Hələb və İdlib bölgələrində rejimə qarşı qüvvələr 400 kv km-lik əraziyə nəzarət edir. Bundan əvvəl isə ora Əsədə aid silahlıların nəzarətində olub.

İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qoşunları komandanının müşaviri, briqada generalı Kiyamərs Purhaşimi də həmin döyüşlərdə ölüb.

Bu, sübut edir ki, Tehran hakimiyyəti Suriyanın ərazi bütövlüyünü müdafiə adı altında Bəşşar Əsəd rejimi tərəfdən müxalif qüvvələrə qarşı vuruşur.

Sepahın informasiya mənbələrinin yaydığı məlumata görə, İran Türkiyəyə Suriyanın daxili işlərinə qarışmamaqla bağlı xəbərdarlıq edib. Tehran iddia edir ki, Rusiya və İslam Respublikası “Suriya hakimiyyətinin icazəsi əsasında” (yəni Bəşşar Əsəd rejiminin) bu ölkədədirlər.

Əsədə məxsus təhlükəsizlik mənbələri isə bildirib ki, HTŞ-nin mövqelərinə zərbə endirmək üçün İran və Rusiya Suriyaya hərbi texnika, “Fateh-110” və “Skad” raketləri, təlimatlandırılmış suriyalı texniklər göndərəcək.

HTŞ nədir? Bu, Suriya Qurtuluş Hökumətinə bağlı, Əsəd hakimiyyətinə qarşı bir siyasi-silahlı qruplaşmadır. “Tahrir el-Şam”, yaxud “Şam (Dəməşq) Qurtuluş Heyəti 2017-ci il yanvarın 28-də “Cəbhe-Fetih əl-Şam” (keçmiş adı əl-Nusra Cəbhəsi), “Ensaruddin Cephesi”, “Ceyşu's-Sünne”, “Liva əl-Hak” və Nurəddin Zəngi Hərəkatı qruplarının birləşməsi nəticəsində qurulub.

Birləşməni hazırda “Cəbhə Fətih əl-Şam” və keçmiş “Əhrar əl-Şam” liderləri idarə edir. Yüksək Komandanlıq isə başqa qruplar tərəfindən formalaşıb. 2020-ci ildə onun sıralarında 15 minədək döyüşçü olduğuna dair məlumat var. 2017-ci ildən HTŞ-nin komandanı və rəsmi lideri Əbu Məhəmməd əl-Cevlanidir.

ABŞ, Kanada, Türkiyə onu terror qruplaşması kimi tanıyır.

Döyüşlər Türkiyə Silahlı Qüvvələrinin nəzarət etdiyi Afrin bölgəsinə yaxın ərazidə gedir. Ölkənin Milli Müdafiə Nazirliyi bildirib ki, Suryanın şimalındakı qarşıdurmanı yaxından izləyirlər. Məlumatlara görə, döyüşlərdə Milli Azadlıq Cəbhəsi və Ceyşül İzza da iştirak edir.

Bütün bunlar niyə indi başlayıb? Bildirilib ki, iranyönümlü “Hizbullah”, Əsədə bağlı silahlılar, Rusiya hərbçiləri son həftələr İdlibin cənubunda mülki sakinlərə hücumlar edirmişlər.

Türkiyə müxtəlif beynəlxalq toplantılarda Suriyadakı rejim ordusunun və başqalarının hücumlarının qarşısının alınmamasından şikayət edib. Ancaq qarşı tərəf İran, Bəşşar Əsəd, “Hizbullah”, Rusiya bu istiqamətdə addım atmayıb.

Türkiyədən bildirilib ki, İsrailin Livanda “Hizbullah”a qarşı əməliyyatları regionda gərginliyi artırmamaq üçün müxalif qrupların təşkil etmək istədiyi əməliyyatların qarşısını noyabrın 27-dək alıb.

İran, Rusiya və Bəşşar Əsədə aid mənbələr döyüşün başlamasında Türkiyəni ittiham edirlər.

Qazaxıstanın Astana şəhərində Türkiyə, Rusiya və İran idlib və Hələblə bağlı razılaşma əldə etmişdi. Həmin anlaşmaya əsasən, bu bölgələrdə heç bir əməliyyat aparılmayacaq. Türk və rusiyalı hərbçilərdən ibarət patrul xidməti fəaliyyət göstərəcək.

Ancaq İsraillə Livan arasında qarşıdurma Suriyadakı vəziyyətə təsirsiz ötüşmür. İran hakimiyyəti Bəşşar Əsədin adından sui-istifadə edərək bu ölkə ərazisindən İsrailə qarşı təzyiq vasitəsi olaraq istifadə edir. Elə Sepahın bir neçə generalı və yüksək rütbəli hərbçisinin Ərəb Respublikasında silahlı qarşıdurmada, yaxud İsrailin hava hücumu nəticəsində ölməsi faktları da bunu təsdiqləyir.

Tehran Əsədin onu dəvət etməsini əsas göstərməklə bu ölkədə törətdiyi əməllərə qanuni don geyindirməyə çalışır. Halbuki, əhalisinin az qala yarısı didərgin vəziyyətdə yaşayan ölkədə keçirilən, Bəşşar Əsədin prezident postunda qalmasını təmin edən “seçki” beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb. Onun tanınması Suriyada qalmaq üçün Tehran və Moskvanın işinə yarayır.

Bu baxımdan, Tehranın Ankaranı ittiham etməsi əsassızdır. İraq və Suriyada cəmləşən PKK kimi terrorçu qruplaşmaları Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyini təhdid edir. Mərkəzi hakimiyyətin olmaması, yaxud alayarımçıq rejim ölkə ərazisinə tam nəzarət edə bilmir. Deməli, ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyini terrorçulardan qorumaq Türkiyənin hüququdur.

İran Suriyada həm də ABŞ-nin hərbi mövqelərinə zərbə endirir. Məlumatlara görə, noyabrın 26-da ölkənin şimal-şərqindəki Həsəkə vilayətinin Əş-Şəddadi yaşayış məntəqəsi yaxınlığında yerləşən ABŞ hərbi bazası atəşə tutulub.

Hələb və İdlib istiqamətindən müxalif qüvvələrin fəallaşması perspektivdə PKK terror qruplaşmasının həmin bölgələrdə irəliləməsinə də mane ola bilər.

Livanla atəşkəsdən sonra İsrailin Baş naziri Benyamin Netanyahu Suriyadakı rejimini “odla oynamamağa” çağırmışdı. İsrailə PKK-nın Suriyadakı qollarına müsbət münasibəti məlumdur. Ona görə də ehtimal etmək olar ki, perspektivdə bəhs etdiyimiz istiqamətdə onların nəzərdə tutduqları planı noyabrın 27-də Əsədə müxalif HTŞ pozub.

"Hizbullah" İsrailə qarşı müharibə aparanda Bəşşar Əsəd müəyyən mənada kölgədə qalmışdı. Hətta bəzən elə görünürdü ki, o, Tehranla eyni mövqedə deyil. Ancaq Livanla əldə edilən atəşkəs yenidən Suriya, o cümlədən Əsəd məsələsini aktuallaşdırır. Çünki bu ölkədən yəhudi dövlətinin təhlükəsizliyi təhdid edilir.

Bəşşar yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün noyabrın 27-də Moskvaya səfər edib. Bu, onun cari ildə Rusiyanı üçüncü ziyarətidir.

Ona görə də belə düşünmək olar ki, “Hizbullah” və HƏMAS-dan sonra növbə Bəşşarındır. HTŞ-nin hücumu da buna siqnal sayılır.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://report.az
archiveBu xəbər 29 Noyabr 2024 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see202

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see165

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri