Icma.az
close
up
RU
Suriyada müxalifət qüvvələri daha 16 yaşayış məntəqəsini ələ keçirib

Suriyada müxalifət qüvvələri daha 16 yaşayış məntəqəsini ələ keçirib

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Suriyada Bəşər Əsəd rejiminə qarşı olan silahlı qruplar Hələb və İdlib vilayətlərinin ardınca irəliləyərək Həma vilayətində rejim güclərindən daha 16 yaşayış məntəqəsinə nazarəti ələ alıblar.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, 6 gündür Əsəd rejimi qüvvələri ilə vuruşan Heyət Təhrir Şamın rəhbərlik etdiyi qruplar Həma əyaləti istiqamətində bəzi kiçik yaşayış məntəqələrini ələ keçirib.

Hələb şəhər mərkəzinin böyük hissəsini və bütün İdlib vilayətini rejim güclərindən geri alan silahlı qruplar, İdlibin bölgəsinin cənubunda rejimin nəzarətində olan Hamada Celime, Elzeka, Beridec, Jubbeyin, Tel Meleh, Kırkat, Mağayyir və Mabtan qəsəbələrini, Qab düzündəki Tuvayne, Huveyz, Shariat və Bab Taka kəndlərini öz nəzarəti altına alıblar.

Heyət Təhrir Şamın başçılıq etdiyi rejim əleyhdarı qruplaşmalar Həmanın şimalında Van Vastani, Madbaa, Ebru Seyf kəndləri və Suran bölgəsini də nəzarətə götürüb. Rejim əleyhdarı Həma şəhər mərkəzi yaxınlığında İranın dəstəklədiyi qrupların qaldığı yeri də hədəf alıb.

Silahlı qruplar qurduqları xüsusi birlik olan Şahin Briqadaları ilə Həma şəhərinin mərkəzi və ətrafına kamikadze dron hücumları da təşkil edir. Bu gün rejimin yüksək səviyyəli komandirlərinin görüş mərkəzləri Həma ətrafında kamikadze dronlarla hədəfə alınıb. Bunlara Əbu Seyf və Əl Mətbə daxildir.

Qruplar noyabrın 30-da rejim gücləri üzərində üstünlük əldə etdikləri Həmanın şimalında Taybetul İmam, Keferzeyte, Keferenbude, Hilfeye, Madik qalası, Latamine, Soran, Kirnez, Maardis, Hammaiyet və Termele qəsəbələrini nəzarətə götürüblər. Onlar Həmanın M5 magistral yolu üzərindəki ən əhəmiyyətli rayonlarından biri olan Morik bölgəsini də rejim güclərindən təmizləyiblər.

Dekabrın 1-də Suriya Milli Ordusunun Hələb çölündə terror təşkilatı PKK/YPG-yə qarşı başlatdığı “Azadlıq Şəfəqi” əməliyyatı zamanı Tel Rıfat rayon mərkəzi terrordan təmizlənib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:287
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Dekabr 2024 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri