Icma.az
close
up
RU
Статья не опубликована
Suriyada nələr baş verir?

Suriyada nələr baş verir?

Aznews.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriyada Heyət Təhrir əş-Şamın (HTŞ) rəhbərlik etdiyi müxalif qüvvələrin 28 noyabrda Hələbdə Bəşər Əsəd rejiminə qarşı başlatdığı hücumlar davam edir.

Beş gündür davam edən qarşıdurmalarda mühüm bölgələr əl dəyişdirdikcə Suriyanın xəritəsi yenidən formalaşdırılır.

Hələb və İdlibin böyük bir hissəsini nəzarətə götürən silahlı qruplar, son olaraq, strateji əhəmiyyətli Tel Rifata doğru irəliləyib.

Türkiyə sərhədindən təxminən 18 kilometr aralıda yerləşən Tel Rifat 8 il terror təşkilatı PKK-nın Suriya uzantısı YPG-nin nəzarətində olub.

Son hadisələrlə Suriya Milli Ordusu (SNA) birlikləri bölgəni ələ keçirərək bu kritik nöqtədə üstünlük təşkil edib.

TEL RİFATA QAYIDIŞLAR BAŞLADI

Tel Rİfat bölgəsini terror təşkilatı PKK/YPG-dən azad edən SMO, rayon mərkəzində tunel və tələlərə qarşı tədbir görərək dinc sakinlərin təhlükəsiz geri qayıtmasını təmin etməyə çalışır.

Ötən gün rayon mərkəzi PKK/YPG-dən azad edildikdən sonra illər əvvəl köçkün düşən Tel Rifatlılar rayona qayıtmağa başlayıb.

HƏMAYA DOĞRU

Rejim əleyhdarı qruplar bütün İdlib vilayətinə və Hələb şəhər mərkəzinə hakim kəsildikdən sonra rejimin nəzarətində olan Həmaya üz tutublar.

Həma şəhər mərkəzindən 12 kilometrə qədər irəliləyən rejim əleyhdarı silahlı qruplar Maardis-Taybetul İmam xəttində gözləyərkən bölgədə rejim əleyhdarı silahlı qruplar ilə rejim qüvvələri arasında fasilələrlə qarşıdurmalar yaşanır.

Silahlı qruplar İHamada Celime, Elzeka, Beridec, Jubbeyin, Tel Meleh, Kırkat, Mağayyir və Mabtan yaşayış məntəqələrini, Qab düzündəki Tuwayne, Huveyz, Shariat və Bab Taka kəndlərini nəzarətə götürüb.

Rejim əleyhdarları toqquşmalar zamanı kamikadze dronlarla Əsəd qüvvələrinin komandanlıq səviyyəsini də hədəfə alır.

Əsəd qüvvələri şəhər mərkəzinə çoxlu zirehli maşın və əsgər göndərib.

HUMUS ÜÇÜN HƏRBİ YARDIM

Rejim əleyhdarı qruplar qüvvələrini M5 şosesi üzərindəki Morik rayonunda toplayır, digər bölgələrdən də əlavə qüvvələr gəlir.

Qruplar noyabrın 30-da rejim gücləri üzərində üstünlük əldə etdikləri Həmanın şimalında Taybetul İmam, Keferzeyte, Keferenbude, Hilfeye, Madik qalası, Latamine, Soran, Kirnez, Maardis, Hammaiyet və Termele qəsəbələrinə hakimliyini davam etdirir.

Digər tərəfdən, AA-nın yerli mənbələrdən əldə etdiyi məlumata görə, Rusiya Fərat çayının şərqindəki Tabka rayonundan rejimin nəzarətindəki Homs vilayətinə hərbi texnika və sursat göndərməyə başlayıb. Bu çərçivədə Homsa iki zirehli transportyor və iki helikopter göndərilib.

PUTİNDƏN ƏSƏDƏ DƏSTƏK

Suriyada Bəşər Əsəd qüvvələri ilə rejim müxalifləri arasında toqquşmalar davam edərkən, Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianla telefonla danışıb.

Kremlindən verilən açıqlamaya görə, Putin Pezeşkianla Suriyadakı vəziyyəti müzakirə edib.

Açıqlamada deyilir : "Görüşdə Suriya Ərəb Respublikasında gərginləşən vəziyyət müzakirə olunub " .

“Suriyanın qanuni hakimiyyətinin konstitusiya quruluşunun bərpası və Suriya dövlətinin siyasi, iqtisadi və sosial sabitliyinin bərpası istiqamətində hərəkətlərinə qeyd-şərtsiz dəstək ifadə olunub”.

Görüş zamanı iki lider Suriya məsələsində Türkiyə ilə koordinasiyaya çağırıblar.

MÜXALİF LİDERDƏN BƏYANATI

Suriya müxalifəti bu gün mühüm açıqlama verib.

Müxalifət lideri Hadi əl-Bahri , "Rejim Birləşmiş Millətlər Təşkilatının prosesinə və siyasi keçidə əməl edənə qədər dayanmayacağıq" ,- deyə qeyd edib.

Bahri sabahdan etibarən danışıqlara hazır olduqlarını bildirib.

"Reuters" xəbər agentliyinin məlumatına görə, YPG üsyançılarla əldə olunan razılaşma çərçivəsində Hələbin şimal-şərq bölgələrindən çəkilməyə başlayıb.

"Reuters"-in müxalifətə və yerli sakinlərə əsaslanaraq verdiyi məlumata görə, Hələb demək olar ki, tamamilə müxalifətin nəzarəti altındadır.

ŞİƏ MİLİSİ İRAKDAN GİRİB

Suriya ordusundakı iki mənbənin bildirdiyinə görə, İranın dəstəklədiyi silahlı qruplar gecə saatlarında İraqdan Suriyaya daxil olub və Suriya ordusu qüvvələrini gücləndirmək üçün ölkənin şimalına doğru yola düşüb.

"Reuters"-ə danışan Suriya ordusundakı yüksək səviyyəli mənbə bildirib ki, İraqdan olan onlarla iranpərəst İraq Haşd əş-Şaabi üzvü də Əl-Bukamal qapısı yaxınlığındakı hərbi marşrutdan Suriyaya keçib.

Digər tərəfdən, kürdlərin rəhbərlik etdiyi qüvvələr müxalifətin Hələbi ələ keçirməsindən sonra kürdləri Hələbdən çıxarmağa çalışdıqlarını açıqlayıb.

KÜRDLƏR evakuasiya edilir

ABŞ-nin dəstəklədiyi, kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri Hələbin bəzi bölgələrindəki kürdləri təhlükəsiz bölgələrə təxliyə etməyə çalışdıqlarını açıqlayıb.

Suriya Demokratik Qüvvələrinin rəhbəri Mazlum Abdi verdiyi açıqlamada, "Biz xalqımızın təhlükəsizliyini təmin etmək və onların ölkənin şimal-şərqindəki təhlükəsiz bölgələrimizə təhlükəsiz köçürülməsinə kömək etmək üçün Suriyadakı bütün müvafiq tərəflərlə fəal şəkildə koordinasiya edirik",-deyə qeyd edib.

“Suriyanın şimal-qərbində vəziyyət sürətlə və qəfil inkişaf edib və qüvvələrimiz bir neçə cəbhədən intensiv hücumlarla üzləşib”, - deyə Abdi bildirib.

Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu kürdlərin çoxluq təşkil etdiyi bölgələrdə rabitənin kəsildiyini açıqlayıb.

HAVA HÜCÜMLARINDA 11 NƏFƏR ÖLÜB

Əsəd qüvvələri ilə müxalif silahlı qruplar arasında toqquşmalar davam edərkən, Suriya İnsan Haqları Müşahidə Qrupu hücumların dördüncü günündə ən azı 311 nəfərin öldüyünü açıqlayıb.

Onlardan 183-nün HTŞ və müttəfiq qruplaşmalardan, 100-nün hərbi və hökumətyönlü qüvvələrdən, 28-nin isə mülki şəxs olduğu bildirilib.

Suriya müxalifətinin qurduğu xilasetmə xidməti Ağ Dəbilqəlilər bu gün verdiyi açıqlamada Suriya hökuməti və Rusiyanın dünən İdlibə endirdiyi hava zərbələri nəticəsində 25 nəfərin öldüyünü açıqlayıb.

İngiltərədə yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu bu gün həyata keçirilən hava hücumlarında 11 mülki vətəndaşın həyatını itirdiyini açıqlayıb.

Suriya baş nazirinin dəftərxanasından verilən açıqlamaya görə, “Suriya və Rusiya hava qüvvələri Hələbin şərq çölündə müxalifətin nəzarətində olan mövqelərə zərbələr endirib, onlarla üsyançını öldürüb və yaralayıb”.

İRAK zirehli qoşunlar göndərdi

İraq ordusu Suriya ilə sərhəd qapısı olan Əl-Qaimdən İordaniyaya qədər bölgənin təhlükəsizliyini təmin etmək üçün bölgəyə zirehli birliklər göndərib.

İraq Müdafiə Nazirliyindən verilən açıqlamada bu addımın Mosulun qərbindəki şimal hissəsinin zirehli birləşmələrlə gücləndirilməsindən sonra atıldığı bildirilib.

ABŞ, FRANSA, ALMANİYA VƏ İNGİLTƏRƏDƏN BİRGƏ BƏYANAT

ABŞ, Fransa, Almaniya və Böyük Britaniya bu gün davam edən münaqişələrlə bağlı birgə bəyanatla çıxış ediblər.

Ölkələr Suriyada “eskalasiyanı azaltmağa” çağırıb , mülki əhalinin və infrastrukturun qorunmasını istəyib.

Birləşmiş Millətlər Təşkilatının Suriyada sülh prosesini təsdiqləyən 2015-ci il qətnaməsinə istinad edən ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir:

“Mövcud eskalasiya BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq Suriyanın rəhbərliyi altında münaqişənin siyasi həllinə təcili ehtiyac olduğunu vurğulayır”.

Əsəddən sərt açıqlama

Qarşıdurmaların davam etdiyi bir vaxtda Suriya prezidenti Bəşər Əsəd açıqlama verib.

Bəyanatda Əsəd, “Terror, tərəfdarı kim olursa olsun, yalnız güc dilini anlayır və biz bu dillə onu qırıb aradan qaldıracağıq” deyib.

RUSİYA BOMBARDIMANLARI DAVAM EDİR

İdlibin hamısına nəzarət edən müxalif qrupların Həmaya doğru irəlilədiyi bildirilir.

Suriya ordusu qarşıdurmaların davam etdiyi bir vaxtda əks hücuma hazırlaşmaq üçün geri çəkildiyini açıqlayıb.

Silahlı qruplar Hələbə daxil olduqdan sonra Rusiya təyyarələri Suriya döyüş təyyarələri ilə birlikdə müxalifləri bombalamağa başlayıb.

Əsədə sadiq Suriya ordusu silahlı müxalifətin son günlər ələ keçirdikləri bir neçə şəhəri geri aldığını vurğulanıb.

Aeroportlarda SMO NƏZARƏT

Münaqişədə iştirak edən Suriya Milli Ordusu Küveyri Hərbi Hava Limanı və Minniğ Hava Limanını ələ keçirib.

Paytaxt Dəməşqdə prezident Bəşər Əsədə qarşı hərbi çevrilişə cəhd edildiyi iddia edilsə də, hələlik bu iddialarla bağlı tərəflərdən heç bir açıqlama gəlməyib.

Mövsüm

AzNews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 03 Dekabr 2024 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see226

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see160

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see159

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see145

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see130

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri