Icma.az
close
up
RU
Suriyada silahlar yenidən “danışmağa” BAŞLADI Növbəti böyük savaşın ANONSU

Suriyada silahlar yenidən “danışmağa” BAŞLADI Növbəti böyük savaşın ANONSU

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər Suriyada vəziyyət yenidən kəskinləşməyə başlayıb. Əhməd Əş-Şaraanın başçılıq etdiyi keçid hökumətinin qiyam qaldıran druzlara qarşı fəaliyyəti İsraili prosesə müdaxilə etməyə vadar edib.
İsrail hətta Suriyanın müvəqqəti Prezidenti Əhməd Əş-Şaraanın sayarına yaxın ərazini belə bombalayıb. Yəni görünən odur ki, Suriyada hələlik daxili stabillik hökm sürmür. Daxildə bəzi qüvvələr imkan düşən kimi yeni hakimiyyətə qarşı üsyan qaldırır. Bu isə ölkədə onsuz da gərgin olan durumu daha da ağırlaşdırır.
Druzların aktivləşməsi də məhz bu vəziyyətin nəticəsidir. İsrail isə yaranmış vəziyyətdə druzların maraqlarını bəhanə edərək, Suriyanın daha dərinliklərinə girməyə çalışır.
Proseslər nə ilə yekunlaşacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Suriya müvəqqəti hökumətinin dolğun, oturuşmuş fəaliyyət proqramı olmadığından hazırda bu ölkə uğrunda bölgə dövlətlərinin mübarizəsi gedir:
“Bu prosesdə də hazırda Türkiyə ilə İsrail əsas rol oynayır. İsrail Dəməşqə doğru hərəkət etməyə, imkan olduqca yeni ərazilər tutmağa çalışır. Ara-sıra atəş açmaqla da həm qorxutmağa çalışır, həm də məramının ciddi olduğunu göstərmək istəyir. Türkiyə də özünün cənub sərhədlərinin təhlükəsizliyini təmin etməyə tələsir. Ankaranın buna haqqı çatır”.
Sabitlikdən danışmaq tezdir...

Ekspert qeyd edir ki, bu fonda da bölgəyə münasibətdə İsraillə Türkiyənin baxışları, məramları, planları ziddiyyət təşkil edir:

“İsrail Suriyada kürd dövlətinin yaradılmasına çalışır. Suriyadakı müvəqqəti hökumətlə kürd dəstələri arasında silahı yerə qoymaqla bağlı razılıq əldə edilsə də, hələ bəzi yerlərdə müqavimət ocaqları da qalmaqdadır. Ona görə də Türkiyə narahatlıq ifadə edir.
İsrail prosesin gedişində druzlardan istifadə etmək istəyir. Onu da yaddan çıxarmayaq ki, hələ də Suriya ərazisində radikal terrorçu dəstələr qalmaqdadır. Yəni ərazidə sabitlikdən danışmaq hələ tezdir. İsrail təyyarələri Dəməşq ətrafında bir sıra əraziləri bombalayıb. Ona cavab olaraq Türkiyə hava qüvvələri də göyə qalxıb. Bu zaman toqquşma olmasa da, bir-birilərinə lazımi mesajları göndəriblər”.
“Gərginlik uzun sürməyəcək”

Politoloq düşünür ki, tərəflər arasında məsələ birbaşa toqquşmaya çatmamış, diplomatiya öz sözünü deməlidir:

“Türkiyənin Netanyahunun təyyarəsinə dəhliz verməməsi də ondan xəbər verir ki, indilikdə ölkələr barışmaz vəziyyətdədir. Amma bu antoqanizm çox sürə bilməz. Çünki bölgə olduqca qaynaq nöqtədir. Burada fövqəldövlətlərin maraqları da kəsişir. Bəzi dövlətlər sülhməramlı adı ilə ora öz qoşunlarını yeritmək istəyir. Lakin onu da unutmayaq ki, Türkiyə bu ərazilərdə qarant rolunu oynayır. Bu mənada İsrailin Türkiyə ilə təzyiq dililə danışması əbəsdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 May 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri