Suriyada yeni qüvvələrin hakimiyyətə gəlməsi yeni geosiyasi reallıqlar yaradıb ŞƏRH EDİLDİ
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
"Əlbəttə ki, Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada yeni qüvvələrin hakimiyyətə gəlməsi bölgədə yeni geosiyasi reallıqlar yaradıb". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
O bildirib ki, bu reallıqların inkişaf etdirilməsi Suriyada təhlükəsizliyin bərqərar olunması istiqamətində artıq yeni hakimiyyət bir çox real adımlar atmaq üzrədir: "Xüsusilə də yeni hakimiyyətin qonşularla, xüsusilə Türkiyə ilə münasibətlərin dərinləşdirilməsi, beynəlxalq areniyaya inteqrasiyası sayəsində də müəyyən addımlar atılıb.
Məlum olduğu kimi, Suriyada qarşı uzun illər idi ki, Əsəd rejiminə qarşı bir çox beynəlxalq sanksiyalar tətbiq olunmuşdu. Hazırki hakimiyyət bu sanksiyaların ləğvi ilə bağlı əməli addımlar atmaq istiqamətində fəaliyyət göstərir
Xüsusilə də Suriyada terrorçu qruplaşmaların ləğvi ilə bağlı da konkret siyasi iradə ortaya qoyulub. Suriyayla böyük bir sərhədi olan Türkiyə hazırda bu istiqamətdə çox böyük işlər həyata keçirir. Türkiyənin marağı ondan ibarətdir ki, sərhədləri boyunca ola biləcək təxribat və yaxud da təhdidləri minimuma endirsin.
Bu istiqamətdə, əlbəttə ki, həm Suriya yeni hakimiyyətinin, həm də bir çox qonşu ölkələrin, ümumiyyətlə. Suriyanın əlaqə qurmaq istədiyi ölkələrin arasında müəyyən məsləhətləşmələr, təmaslar həyata keçirilir ki, bu da gələcəkdə Suriyanın inkişafı üçün böyük önəm daşıyacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 04 Fevral 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















