Suriyada yenidən döyüş başlayıb Kürd silahlılarla hökumət qüvvələri üz üzə gəldi
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Suriyanın şərqindəki Rakkada hökumətə bağlı ordu qüvvələri ilə kürd silahlı birləşmələri (Suriya Demokratik Qüvvələri) arasında anlaşma yenidən pozulub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, PKK/YPG terror təşkilatının bir qolu kimi də tanınan Suriya Demokratik Qüvvələri toqquşmadan dərhal sonra bölgəyə əlavə qüvvələr yönləndirib.
Məlumata görə, dünəndən başlayaraq, Rakka əyalətindəki Madan Ghanim Ali xəttində toqquşmalar şiddətlənib.
Toqquşmalarla bağlı hər iki tərəf hələlik rəsmi açıqlama verməyib.
Xatırladaq ki, Suriya prezidenti Əhməd Şara ilə kürd silahlı qüvvələri arasında 10 mart 2025-ci ildə imzalanan müqaviləyə əsasən silahl dəstələr orduya inteqrasiya olunmalıdır. Oktyabr ayında bu anlaşma yenilənib. Lakin bəlli olmayan səbəbdən, noyabrın 16-da anlaşma pozulub, tərəflər açıq döyüşə başlayıblar.
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 17 Noyabr 2025 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















