Icma.az
close
up
RU
“Suriyadakı 1,6 milyon evin elektrik enerjisi ehtiyacını qarşılayacağıq”

“Suriyadakı 1,6 milyon evin elektrik enerjisi ehtiyacını qarşılayacağıq”

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İlkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq. Bu təbii qaz vasitəsilə təqribən 1 200 meqavatlıq quraşdırılmış güc aktivləşəcək​. Suriyaya qaz ixracı nəticəsində oradakı elektrik stansiyaları da yaxın zamanda fəaliyyətə başlayacaq”.

Gununsesi.info  “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbirdə deyib.

O vurğulayıb ki, bu gün Türkiyənin Kilis şəhərində tarixi bir ana şahidlik edirik: “Türkiyə-Suriya dostluğunun enerji sahəsində ən önəmli nişanı olan Türkiyə-Suriya təbii qaz boru kəməri xəttinin açılışı üçün toplaşmışıq.

Bu beynəlxalq layihədə birliktə çalışdığımız Suriya, Azərbaycan və Qətərə təşəkkür edirəm. Bu təbii qaz boru xəttinin ölkələrimiz və xalqlarımıza bərəkət, rifah, bölgəmizdə isə sülh gətirməsini diləyirəm”.

SOCAR ilə birlikdə Azərbaycan qazının Türkiyə-Suriya sərhədində təhvil verilməsini nəzərdə tutan “swap” (mübadilə) razılaşmasının imzalandığını bildirən A. Bayraktar kədərli və sevincli günlərdə daim Türkiyənin yanında olan Azərbaycanın bu layihədə də dəstəyini əsirgəmədiyini qeyd edib.

Azərbaycanın təbii qazının Kilis vasitəsilə Suriyaya ixrac olunacağını söyləyən nazir “Yavuzlu Ölçmə” Stansiyasından gündəlik 6 milyon kubmetr təbii qazın nəql olunacağını bildirib.

“Bu layihə Suriyada həyatın normallaşmasına çox ciddi töhfə verəcək, insanların həyat səviyyəsini yüksəldəcək və ölkəyə geri qayıdış prosesini sürətləndirəcək”, – nazir vurğulayıb.

A.Bayraktar, həmçinin qeyd edib ki, hazırda Türkiyə Suriyaya 8 fərqli nöqtədən elektrik enerjisi ixrac edir.

Onun sözlərinə görə, Türkiyə Suriyaya elektrik enerjisi ixracının həcmini ilkin mərhələdə 25%, daha sonra əlavə edilən xətlərlə 2 dəfədən çox artırmağı hədəfləyir: “İşlər tamamlandığında bağlantı həcmimiz 860 megavata çatacaq və Suriyadakı 1,6 milyon evin elektrik enerjisi ehtiyacını qarşılayacağıq”.

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Avqust 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri