Icma.az
close
up
RU
Suriyadakı çevrilişdə kimlərin əli olub? Budanov

Suriyadakı çevrilişdə kimlərin əli olub? Budanov

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Çoxları bunun üzərində işləyib, türklər çalışıb, ola bilsin ki, biz də haradasa yaxın olmuşuq..."

Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəhbəri general-leytenant Kirill Budanov bildirib ki, Bəşər Əsəd rejiminin devrilməsi üzərində "çoxları çalışıb".

Moderator.az xəbər verir ki, bu barədə o, dekabrın 31-də milli telemarafonun efirində bəyan edib, çıxışın videosu "Mi -Ukraina" YouTube kanalında yayımlanıb.

"Harada diktator rejimləri çökürsə və bu rejimlər bizimlə döyüşən rejimlərlə üst-üstə düşürsə, düşünürəm ki, bu, həmişə bizim xeyrimizə olacaq. Bu, necə baş verib? Nə demək olar, artıq baş verib", - deyə Budanov qeyd edib.

O, həmçinin Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın Ukraynanın Suriyada dövlət çevrilişində iştirakına dair ittihamına cavab verib.

"Bu, onların baxışıdır. Hamı bunun üzərində işləyib. Türklər çalışıb. Ola bilsin, biz də haradasa yaxında olmuşuq. Bu rejimin çökməsi üçün çoxları çalışıb və Suriyanın adi əhalisi, hansı ki, onların heç də hamısı Əsəd tərəfdarı olmayıb, sadəcə, rahat nəfəs alıb və yeni, normal bir həyata ümid əldə edib", - deyə Budanov vurğulayıb.

O, həmçinin əlavə edib ki, ruslar Əsəd rejimi devrilməmişdən öncə suriyalıları Ukraynaya qarşı döyüşmək üçün cəlb edib. Baş Kəşfiyyat İdarəsinin rəhbəri ümid edib ki, bu praktika indi sona çatacaq.

General Budanovun sözlərinə görə, Ukrayna iqtisadiyyatı üçün yeni bazarların, xüsusilə kənd təsərrüfatı məhsullarının satış bazarlarının açılması çox vacibdir.

Qeyd edək ki, dekabrın 30-da Ukraynadan yüksək səviyyəli nümayəndə heyəti-xarici işlər naziri Andrey Sibiga, Ukraynanın aqrar siyasət və ərzaq naziri Vitali Koval və prezidentin Yaxın Şərq və Afrika məsələləri üzrə xüsusi nümayəndəsi Maksim Subx Dəməşqə səfər edib. Onlar yeni administrasiyanın rəhbəri Əbu Məhəmməd Əl-Culani ilə görüşüb.

Həmin gün Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukraynanın buğda unu artıq Suriyaya göndərilir. Buğda "Ukraynadan taxıl" təşəbbüsü çərçivəsində BMT-nin Dünya Ərzaq Proqramı ilə birgə göndərilir. Gözlənilir ki, buğda unu növbəti həftələr ərzində 33 250 ailəyə, yəni 167 min nəfərə paylanacaq. Hər paket beş nəfərlik ailəni bir ay ərzində təmin edə bilər, - deyə Zelenski qeyd edib.

Dekabr ayının ortalarında məlum olub ki, Rusiya yeni hökumətin mövqeyi ilə bağlı qeyri-müəyyənlik və ödənişlərin gecikməsi ehtimalına görə Suriyaya buğda tədarükünü dayandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Yanvar 2025 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see695

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see656

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see391

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see245

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see241

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see237

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see212

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see201

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see197

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see197

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see188

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see188

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see183

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see181

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see180

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see165

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see165

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see165

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri