Icma.az
close
up
RU
Suriyadan sonra Ukrayna: Zelenski hansı ölkəyə sığınacaq?

Suriyadan sonra Ukrayna: Zelenski hansı ölkəyə sığınacaq?

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər Ukrayna Prezidenti Volodimir Zelenskinin mümkün Rusiya-ABŞ yaxınlaşması fonunda ölkəni tərk edə biləcəyi ehtimalı səsləndirilir. ABŞ Prezidenti Donald Trampın ətrafındakı insanlar hesab edir ki, Zelenski dərhal Ukraynanı tərk etməlidir. Onun gedəcəyi yerlər arasında əsasən də iki ölkə – Türkiyə və Fransanın adı çəkilir.

Ukrayna lideri ölkədən qaçmaq məcburiyyətində qala bilər? Bu halda hansı dövlətə üz tutar?

Globalinfo.az-a danışan politoloq Kazım Kazımov deyib ki, Volodimir Zelenskinin Türkiyə və Fransa ilə münasibətləri kifayət qədər yaxşıdır:

“Qardaş Türkiyənin bu kontekstdə adının çəkilməyini doğru hesab etmirəm. Çünki Türkiyənin belə bir yanaşma sərgiləyib-sərgilməyəcəyi ilə bağlı real fikir yoxdur. Fransa Prezidenti Emmanuel Makronun Donald Trampın açıq hədəf aldığı bir şəxsi qəbul edəcək qədər cəsarətinin olması da şübhəlidir.

Digər tərəfdən, hazırda Zelenskinin ölkədən qaçıb-qaçmayacağını demək də tezdir. O, 3 ildir ki, Rusiyaya qarşı mübarizə aparır, ölkəsini müdafiə edir. Lakin son proseslər onun devrilmə ehtimalını daha da gücləndirir. Çünki Zelenski bu gün faktiki olaraq ən böyük dəstəkçisini itirib. ABŞ Prezidenti Donald Tramp birbaşa Ukrayna liderini hədəf alır. Onun nüfuzunun xeyli aşağı olduğunu, tezliklə Ukraynada prezident seçkilərinin keçirilməli olduğunu bildirir”.

Kazım Kazımov

Politoloqun sözlərinə görə, ABŞ-dan gələn bu bəyanatlar Ukraynada demoralizasiyanı yüksəldib:

“Ukrayna ordusunun motivasiyası düşüb. Rusiya bütün cəbhə xətti üzrə genişmiqyaslı hücuma başlayıb. Bu da həm müharibə şəraitini, həm də siyasi atmosferi Zelenski üçün çıxılmaz vəziyyətə salır. Lakin hələ hər şey bitməyib. Avropa liderləri çıxış yolu tapmağa çalışır. Zelenskinin mövqeyini dəyişmə ehtimalı da var. Ukrayna lideri maksimalist fikirlərindən sonra atəşkəs masasına əyləşərsə, bunların heç bir mənası qalmayacaq. Ukrayna müharibəsi əhəmiyyətini itirməyə başlayıb. İnsanlar rahatlıq istəyir. Canlı qüvvə, hərbi, texniki resurs çatışmazlığı səbəbindən Zelenski üçün daha ağrılı günlər başlayır. Qeyd etdiyim kimi, Zelenskinin ölkədən qaçması hələlik inandırıcı görünmür. Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko kimi hakimiyyətdən getsə də ölkədə qalmağa davam edə bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Fevral 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri