Suriyanın azadlığına qarşı addım atanlar qarşılarında Türkiyəni görəcəklər Ərdoğan
Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.
Suriya xalqının azadlığına qarşı istənilən addımı atanlar önlərində Suriya xalqı ilə bərabər Türkiyəni də görəcəklər.
Sfera.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın əyalət rəhbərlərinin toplantısında çıxışı zamanı deyib.
Ərdoğan Suriyanın önündə xoşbəxt gələcəyə gedən qapının açıldığını ifadə edib:
“Türkiyə siyasi, diplomatik, hərbi və digər bütün müstəvilərdə hər zaman Suriyanın yanında olacaq”.
Türkiyə lideri Suriyanın yenidən müharibə meydanına çevrilməsinə imkan verməyəcəklərini də vurğulayıb:
“Suriya torpaqlarına gözünü dikən hər kəsə bildirmək istəyirik ki, Türkiyə Suriyanın bu günə gəlməsində çox böyük zəhmətlər çəkib. Hər kəsin Suriyaya kürəyini çevirdiyi məqamda biz bunun əksini etdik. Allah bizə qardaşlıq imtahanından üzüağ çıxmağı nəsib elədi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 10 Dekabr 2024 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















