Suriyanın Məsyaf şəhərində hərbi sursat anbarında partlayışlar baş verib
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Suriyanın Həma vilayətinin Məsyaf şəhərində yerləşən elmi-tədqiqat mərkəzinin ərazisindəki anbarda hərbi sursatların detonasiyası nəticəsində partlayışlar baş verib.
Bu barədə “Sham TV” telekanalı məlumat yayıb.
Məlumata görə, sözügedən mərkəz Həma vilayətinin qərbində mühüm hərbi obyekt hesab olunur.
Partlayışların nəticələri və mümkün itkilər barədə məlumat verilməyib.
Sentyabrın 21-də Hələbin cənubundakı Əl-Eys bölgəsində yerləşən hərbi bazada da oxşar hadisə baş verib və azı dörd nəfər xəsarət alıb. Sursatların detonasiyasının davam etməsi səbəbindən Dəməşq-Hələb avtomobil yolu bağlanıb, yaxınlıqdakı evlərin sakinləri təxliyə ediliblər.
Bu mövzuda digər xəbərlər:Suriyanın Hələb şəhərində sursat anbarında partlayış olub
21 Sentyabr 2026 04:05
Suriyanın Homs şəhərində kütləvi məzarlıq tapılıb
30 Dekabr 2024 09:51
Suriyanın Hələb şəhərində rabitə qismən kəsilib
03 Dekabr 2024 14:23
Suriyanın Dəməşq şəhərində kütləvi məzarlıq tapılıb
21 Oktyabr 2025 20:31
Ukraynanın Xarkov şəhərində partlayışlar baş verib...
07 İyun 2025 20:15
Baxış sayı:86
Bu xəbər 30 Sentyabr 2026 03:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















