Icma.az
close
up
RU
“Sürücü dedi ki, düş, avtobusu sürmürəm...” Video

“Sürücü dedi ki, düş, avtobusu sürmürəm...” Video

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda 3 nömrəli avtobus sürücüsünün hərəkəti sərnişinlərin narazılığına səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, “TikTok”da yayılan videoda sürücünün sərnişinlərə kobud rəftar etdiyi iddia olunub.

Videonu paylaşan Azadə Həsənxanova bildirib ki, hadisə bu gün səhər radələrinə İnşaatçılar prospektində baş verib: “Avtobusda o qədər sıxlıq var idi ki, ön qapıdan minmək mümkün deyildi. Yaşlı bir qadın arxa qapıdan mindi. Xanıma artıq əyləşmək üçün yer vermişdilər, oturmuşdu. Sürücü dedi ki, aşağıya düş, avtobusu sürmürəm və sürmədi də. Başa düşürəm, arxadan minəndə sürücülər cərimə olunur. Amma o qədər insaflı sürücülər var, düşünürlər ki, hər kəs bu saatda evdən çıxırsa, çörəkpulu qazanmağa gedir. Həmin qadının halı avtobusda pisləşdi, çənəsi əsə-əsə düşdü. Biz getdiyimiz yerə gecikdik, sürmədi. Sürücü 102-yə zəng etdikdən sonra avtobusu sürdü, “Gənclik” metrosuna gəldik. “Mall”un yanından dönüb qayıtmalı idi, sərnişinlər də dedi ki, qayda-qanun var, niyə dönmədin? Bizi metronun qarşsısında saxladı ki, düşün, avtobusda nasazlıq var”. 

Məsələ ilə bağlı “Baku Bus”a sorğu ünvanladıq. Müraciətimizə cavab olaraq bildirildi ki, bu gün saat 08:00–09:00 radələri arasında “BakuBus” MMC-nin istismarında olan 3 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusda sürücü ilə sərnişin arasında insident baş verib: “Hadisə ilə bağlı hazırda  araşdırma aparılır. Məsələnin aydınlaşdırılması videomüşahidə kameraları vasitəsilə həyata keçirilir. Qeyd edək ki, videogörüntülərin çıxarılması prosesi avtobusun axşam saatlarında depoya təhvil verilməsindən sonra həyata keçirilir. Araşdırmanın nəticələrinə əsasən, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat təqdim ediləcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see277

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see275

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see242

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see242

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see231

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see218

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see216

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see215

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see209

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see204

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see200

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see189

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see186

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see185

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see185

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see184

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see182

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see182

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see171

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri