Icma.az
close
up
RU
Sürücü dedi, sənin oğlunam, ürəyim düşdü, dedim, biabır oldum” “Bəxt üzüyü”nün Moşusu ilə MÜSAHİBƏ

Sürücü dedi, sənin oğlunam, ürəyim düşdü, dedim, biabır oldum” “Bəxt üzüyü”nün Moşusu ilə MÜSAHİBƏ

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Lent.az Xalq artisti Valeh Kərimovla müsahibəni təqdim edir.

Sənətkarla müsahibəmiz Sumqayıt Dövlət Dram Teatrında baş tutur. Valeh Kərimovun həm rejissoru olduğu, həm də baş rolunda oynadığı "Sonuncu qonaq" tamaşasının məşq prosesi gedir. Müsahibə üçün məşqin bitməsini gözləyirik.

- Valeh müəllim, özünüzü necə hiss edirsiz?

- Çox sağ olun, yaxşıyam. Elə yaxşı vaxtda - məşq prosesində gəldiniz.

- Məşq vaxtı sizi gördüm, olduqca ciddi və tələbkarsınız...

- Mən və yaşıdlarım o məktəbi görmüşük. Məşqdə hamı ciddi olmalıdır. Bu, bizim sənətdir. Bu sənəti sevib gəlmişiksə, onun hər şeyini sevməliyik. Tamaşa məşqdən başlayır. Əgər o məşqə laqeyd oldun, məsuliyyətsiz yanaşdınsa, sonda o özünü tamaşada göstərəcək. Səhnəyə hazır "məhsul" gedib çıxır. Ona qədər xeyli prosesdən keçir. Ona görə də, aktyor yoldaşlarımdan tələb edirəm ki, məşqdə artıq söhbətlər, zarafatlar olmasın. 

- Sizin haqqınızda maraqlı bir şeyə rast gəldim. Cənubi Azərbaycanda doğulmusuz və atanız Milli Hökumət dövründə Milli Məclisə keçirilən seçkilərdə Əhərdən nümayəndə seçilib. Milli Hökumət süqut edəndən sonra qeyri-qanuni yollarla sərhədi keçib bura gəlmisiniz. İstərdim bunlardan danışasız...

- "21Azər" inqlabı 1945-ci ildə yaranıb və Milli Hökumət qurulub. Onun da başında Seyid Cəfər Pişəvəri olub. Atam bu hərəkatın başında duranlardan, Pişəvərinin yaxınlarından biri olub. O vaxt orada Azərbaycan dilli məktəblər, teatr, filarmoniya açılıb, qəzetlər çıxıb. Hətta Rəsul Rza, Cahangir Cahangirov, Süleyman Rüstəm də gedib orada kömək edib. 1 il sonra inqilabı məhv etdilər. Ondan sonra qaçqınlıq, didərginlik başladı. Bir çoxu bura qaçdı, çoxunu isə orada güllələdilər. Atam 1946-cı ildə gəlib bura, biz isə 1950-ci ildə. Biz bura gələndə 6 yaşım var idi. Anam, kiçik qardaşım və məni əmim gətirib. Gəlmişdi ki, bizi atamıza təhvil verib qayıtsın. O da mümkün olmadı, həbs etdilər...

Mənim 12-13 yaşım olanda atam mənə Yevlaxda yolun kənarında bir qəbiristanlıq var idi, orada Seyd Cəfər Pişəvərinin məzarını göstərmişdi. Deyirdi ki, Pişəvərinin əsl qəbri Yevlaxdadır. Fəxri Xiyabanda ona fəxri məzar düzəldiblər, amma əsas sümükləri oradadır. 

- Valeh müəllim, sizin teatr fəaliyyətiniz əsasən Sumqayıt Dövlət Dram Teatrında olub. Necə oldu buraya gəldiniz?

- 1969-cu ildə institutu bitirdim. 1968-ci ildə isə Sumqayıt Teatrının yaradılması haqqında əmr verilmişdi. O vaxt  aktyorluq kursunda Səməndər Rzayev, Ceyhun Mirzəyev, Kamil Məhərrəmov, Nüşabə Novruzova və sair kimi sənətkarlar var idi. Onlarla bir il aktyorluq kursunda işlədik. "Bəxt üzüyü" filmində veteran obrazını oynayan Nəsir Sadıqzadə mənə dedi ki, Sumqayıt Teatrı açılacaq, mən də ora baş rejissor gedəcəyəm, açılan kimi gələrsən ora. Bu təklif də mənim ürəyimdən idi. O vaxtdan burada işləyirəm. 70 yaşım olanda bir gün direktor gəldi ki, Valeh müəllim, artıq siz gəlməyin. Yaşıma görə... 
- Kim idi o direktor?

- Adını deməyək, sonra inciyər. Heç nə, gedib oturdum evdə. Amma çox darıxırdım. Mən iş adamıyam, aktivliyi sevirəm. 82 yaşım var e. Aktyorların hamısından cəld tərpənirəm, hər şey də edirəm. Canım sağlamdır.

Bu sağlamlıqla aktyor niyə kənarda qalmalıdır, bilmirəm. Sonra Mingeçevir Teatrına getdim. Orada tamaşalar hazırladım. Sonra oradan da çıxdım. Bu son günlərdə isə Sumqayıt Dövlət Dram Teatrının direktoru Samir Şəfiyev məni buraya dəvət elədi. Dilim, danışığım yerindədir. İstismar edin də məni (gülür). İndi "Sonuncu qonaq" tamaşasının məşqlərini edirik. Baş rolda 91 yaşlı dünyasevər bir kişidir. Onu özüm oynayıram. Əcəl onu öldürmək istəyir, kişi isə əcəli aldadır, onu içirdir, oynadır, başına oyunlar açır.

- Valeh müəllim, siz əcəlin başına nə oyunlar açmısınız?

- Mən hələ ki, əcəllə söhbət etməmişəm. Heç etmək də istəmirəm. Amma yəqin ki, axtarır məni... O tamaşada kişi əcəldən qaçıb başqa kənddə gizlənir. Mən də gah Mingəçevirdə oluram, gah burada... (gülür).

- Yeri gəlmişkən, "Bəxt üzüyü"ndə Moşu "xoşbaxtlıq" sözünə qafiyə axtarır, tapa bilmir. Bəs siz həyatınızda "xoşbaxtlığa" qafiyə tapa bilmisiz?

- Bəli, tapmışam. Xoşbəxtəm ona görə ki, sənətimlə məşğulam. Teatrdan əvvəl zavodda işləmişəm. Amma burada xoşbəxtəm. Prezident təqaüdü alıram. Hörmət görürəm. Ailəm, uşaqlarım, nəvələrim var - xoşbəxtəm.

- Bildiyim qədərilə, ixtisasca elektriksiz. İxtisasınızla bağlı nələrsə bacarırsız?

- Bacarırsız nədir, indiki sistemi yox, amma köhnə sovet sisteminə aid nə varsa, təmir edirəm. Çünki işləmişəm, özü də ürəklə. Evdə bekar olanda ancaq fiziki işlərlə məşğul oluram,  nələrsə düzəldirəm. Evdə direlim də var, vintaçanım da. 

- Sizə ən çox məşhurluq gətirən "Moşu" obrazı olub. O adla çağırırlar sizi?

-  Bəli, çağırırlar. Əvvəl əsəbiləşirdim, indi yox. O ad mənə elə yapışdı ki. Əvvəl "ayə, Moşu" deyə lağ formasında çağırırdılar, amma indi elə deyil. Yaxınlaşıb ciddi formada deyirlər, Moşu müəllim, necəsiz? Bir gün müsahibəmdə demişdim ki, Vaqif Səmədoğlu gərək başqa yaxşı ad qoyaydı. Sonra Vaqif Səmədoğlu ilə görüşdük, dedi, niyə elə deyirsən, Moşu adlı qohumum var, özü də professordur. Sonra gördüm, yox, Moşu obrazı həm Vaqif Səmədoğlunun bu əsərində, həm də Yusif Səmədoğlunun "Qətl günü" romanında var. 

- "Bəxt üzüyü" filmini, Seda obrazını oynayan Firəngiz Rəhimbəylini necə xatırlayırsız?

- Biz əvvəldən o filmin tamaşasını oynamışıq. Tamaşa səs salmışdı. 1986-cı ildə tamaşa səhnəyə qoyuldu, 1991-ci ildə film çəkildi. Seda obrazını tamaşada Yasəmən Malik oynayırdı. Çox gözəl də canlandırmışdı.

- Firəngiz Rəhimbəyli gözəl qadın idi. Film çəkiləndə kənardan necə baxırdılar?

- Bəli, Firəngiz çox gözəl idi. Kənardan baxanlar ağzının suyunu axıdırdılar. İndi də mənə deyirlər ki, o açarı niyə götürmədin oradan? (gülür). Aktyor sənəti elədir ki, gərək verilən hər rolu oynayasan. Azərbaycanda bir aktrisa var, roluna görə saçını tam kəsdirdi (Şəlalə Şahvələdqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Fevral 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see343

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see197

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see188

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see168

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see141

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri