Icma.az
close
up
RU
Sürücü kruasanları isti isti mağazaya çatdırmaq üçün 70 lik yolu 120 ilə getdi VƏSİQƏSİZ QALDI FOTO

Sürücü kruasanları isti isti mağazaya çatdırmaq üçün 70 lik yolu 120 ilə getdi VƏSİQƏSİZ QALDI FOTO

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Belçikanın Amua kommunasından olan sürücünün məhkəmədə dedikləri bir çox ölkədə jurnalistlərin marağına səbəb olub. 

Avtosfer.az xəbər verir ki,  polis sürücünü 70 km/saat sürət limiti olan yolda 121 km/saat sürətlə gedərkən saxlayıb. Təbii ki, belə böyük qayda pozuntusuna görə polisin cəza tətbiq etmək səlahiyhyəti olmadığı üçün iş məhkəməyə göndərilib. 
Məhkəmənin qərarı ilə sürücüyə 320 avrosu qiyabi olmaqla 640 avro cərimə kəsilib və sürücülük hüququndan məhrum edilib. O, vəsiqəsini bərpa etmək üçün təkrar imtahan verməlidir.

Bunlar Avropada istənilən sürücünün başına gələ bilər. Lakin ən maraqlı məqam sürücünün məhkəmədəki ifadəsi olub. O, bazar günü səhər saatlarında kruasanları mağazalara isti-isti çatdırmaq üçün sürəti artırdığını bildirib.

Təbii ki, məhkəmə bu “əsaslandırmanı” qəbul etməyib. Onun dəfələrlə oxşar qayda pozuntusuna yol verdiyi üzə çıxıb.

Bir maraqlı məqam da belçikalı sürücünün bizim bəzi sürücülərimizlə oxşarlığıdır. Əgər belçikalı fransız mədəniyyətinin təsiri ilə qayda pozuntusunu kruasan daşıması ilə izah edirsə, bizdə bəhanə budur: maşında xəstə var, xəstəxanaya çatmalıyam, və ya məşqə tələsirəm. Əksər hallarda isə bəhanələr əsassız olur.

Lakin belə “dəlillər” nə Azərbaycan, nə də Belçika polisini inandırmaq mümkündür. Bir sözlə, intizamsız sürücüləri dilindən, dinindən, vətəndaşlığından  asılı olmayaraq ümumi “dəyərlər” birləşdirir.

Vüqar Yaşaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 Fevral 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see387

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see243

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see158

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see155

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see145

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri