Icma.az
close
up
RU
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? AYNA dan açıqlama Foto

Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? AYNA dan açıqlama Foto

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Parkinq sisteminin işləmə prinsipi ilə bağlı suallar yaranıb.

Oxu.Az xəbər verir ki, sürücü avtomobili park etdiyi ərazidən uzaqlaşdırdıqdan sonra parkinqi tətbiqdə bağlamağı və çıxışı təsdiqləməyi unudarsa, həmin parkinq yerinin sistemdə necə əks olunduğu maraq doğurur.

İddia olunur ki, belə halda avtomobil ərazidən çıxmasına baxmayaraq, parkinq sessiyası sistemdə aktiv olaraq qalmalıdır. Bu isə həmin yerin proqramda hələ də məşğul görünməsinə səbəb ola bilər.

Digər tərəfdən, əgər sürücü çıxışı təsdiqləməyibsə, eyni parkinq yerində başqa avtomobilin parklanması zamanı sistemin bunu necə qəbul etdiyi sual doğurur.

Məsələ ilə bağlı əsas sual budur: əvvəlki sürücü parkinqi bağlamayıbsa, proqram həmin yeri yeni avtomobil üçün necə boş hesab edə bilir?

Bu vəziyyətdə sistemin avtomobilin ərazidən faktiki olaraq çıxmasını hansı mexanizmlə müəyyənləşdirdiyi də aydınlaşdırılmalıdır.

Oxu.Az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, sürücü avtomobili parklanma məntəqəsində park etdiyi zaman dərhal parklanma vaxtını başlatmalı və avtomobil məntəqəni tərk etdikdə onu sonlandırmalıdır.

"Bu prosesin düzgün reallaşdırılması məsuliyyəti sürücünün üzərindədir. Proqram təminatı avtomobilin parklanma yerini tərk etdiyini təyin edə bilməz, çünki sürücü öz avtomobilini məntəqədə saxlayaraq digər nəqliyyat vasitəsi ilə və ya piyada ərazini tərk edə bilər.

Boş yerlərin mövcudluğu tətbiqdə informativ xarakter daşıyır. Tətbiqdə boş yer görünməsə də, fiziki olaraq boş yer varsa, proqramın funksionallığı parklanma vaxtını başlatmağa icazə verir.

Parklanma məntəqələrində nəqliyyat vasitələrinin davamlı monitorinqi aparılır, məlumatlar sistemə ötürülür və qanunamüvafiq qaydada proses aparılmadığı təqdirdə cərimə tətbiq olunur. Cərimə protokolunun elektron kabinetdə yerləşdirilməsi və bu barədə SMS məlumatlarının göndərilməsi isə qanunvericiliklə 24 saat ərzində təmin edilməlidir. Parklanma ödənişi isə parklanma yerinin məşğul edilməsinə görə edilir", - deyə T.Orucov bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Sentyabr 2026 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri