Sürücülər bu qaydanı qəsdən pozurlar: Tıxacın əsl səbəbi budur VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Yolayrıcının keçilməsi ilə bağlı qaydalara əməl etməyən sürücülərə hələ də tez-tez rast gəlinir. Avtosfer.az xəbər verir ki, günün pik saatlarında tıxacın artmasının əsas səbəblərindən biri sürücülərin intizamsız davranışıdır. Tıxacla bağlı vəziyyət xüsusilə yolayrıclarında daha qabarıq şəkildə özünü göstərir.
Belə ki, sürücülər yolayrıcının o biri tərəfində tıxac olmasına baxmayaraq, yaşıl işıq yanan kimi kəsişmə yerinə daxil olurlar. Bu isə digər istiqamətdən gələn avtomobillərin yolunu kəsir və hərəkətin iflic olmasına səbəb olur.
Bu cür hallardan biri paytaxtın Vaqif prospektinin Azadlıq prospekti və eləcə də Səməd Vurğun küçəsi ilə kəsişməsində qeydə alınıb. Videodan aydın görünür ki, Vaqif prospekti ilə hərəkət edən sürücülərə yaşıl işıq yansa da, yolda hərəkət məhdudlaşıb. Bunun səbəbi Azadlıq prospekti ilə hərəkət edən bir neçə sürücünün yolayrıcına daxil olaraq hərəkəti çətinləşdirməsidir.
Eyni vəziyyət Səməd Vurğun küçəsi ilə kəsişmədə də yaşanıb. Sürücülər yolun sonunda sola dönə bilməyəcəklərini görsələr də, kəsişmə yerinə daxil olaraq orada qalıb və yolayrıcını zəbt ediblər.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 3 bal və 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Oxunub 176
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 09 Fevral 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















