Bir qəzanın iki səbəbi Sürücülər bu qaydanı bilirmi? VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Yolda hərəkət zamanı baş verən qəzaların əsas səbəblərindən biri də yol nişanlarının düzgün yerləşdirilməməsi və sürücülərin bu cür hallarda davranış qaydalarını bilməməsidir.
Avtosfer.az xəbər verir ki, bu fikirləri qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirib.
Onun sözlərinə görə, konkret hadisə ilə bağlı ilk səbəb yol nişanının düzgün qoyulmamasıdır. “Orada zolaqlardan biri itib və həmin hissədə 5.8.5 – yəni "zolağın qurtarması" nişanı qoyulmalı idi. Bu nişan mövcud deyil. Amma buna baxmayaraq, əgər zolaq qurtarırsa, həmin zolaqla hərəkət edən sürücü sürətini azaltmalı və öz zolağı ilə davam edən avtomobilə yol verməlidir”, – deyə Aqil Rəhimov qeyd edib.
Məşqçi əlavə edib ki, zolağı bitən sürücü həm sürətini azaltmalı, həm də zolağında qalan sürücüyə manevr etmək və yol vermək öhdəliyini yerinə yetirməlidir.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 23 İyul 2025 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















