Icma.az
close
up
RU
Süni İntellekt ilə bilik anlayışı yalnız insan idrakı ilə məhdudlaşmır Ədalət Muradov

Süni İntellekt ilə bilik anlayışı yalnız insan idrakı ilə məhdudlaşmır Ədalət Muradov

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Süni İntellektin (Aİ) sürətli inkişafı bilik anlayışını da dəyişir. Ənənəvi epistemoloji yanaşmalarda bilik əsasən insana məxsus, təcrübə, müşahidə və təlim yolu ilə formalaşan bir fenomen kimi qəbul edilirdi. Lakin Süni İntellekt  ilə bilik anlayışı yalnız insan idrakı ilə məhdudlaşmır”.

Bu fikirləri 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib. Rektorun sözlərinə görə, tarixi olaraq bilik əldəetmə prosesi təhsil, tədqiqat və sosial qarşılıqlı əlaqələr vasitəsilə baş verirdi. Bu proseslər zaman, məkan və resurs məhdudiyyətlərinə tabe idi və bilik istehsalı əsasən insan potensialı ilə müəyyənləşirdi: «Süni İntellekt böyük həcmdə məlumatları sürətli şəkildə emal etmək, strukturlaşdırmaq və analitik nəticələr çıxarmaq qabiliyyətinə malikdir. Bu xüsusiyyət bilik anlayışını köklü şəkildə dəyişdirir. Müasir kontekstdə bilik artıq yalnız insanın yaddaşı və şüurlu idrak fəaliyyəti ilə formalaşmır, eyni zamanda alqoritmik analiz və maşın öyrənməsi nəticəsində yaranan nəticələri də əhatə edir. Bu isə bilik istehsalının sürətini və miqyasını əhəmiyyətli dərəcədə artırır. Maşın Öyrənməsi və Dərin Öyrənmə modelləri məlumatlar daxilində insan idrakı üçün birbaşa aşkar olunmayan nümunələri müəyyənləşdirə bilir. Bu, Süni İntellekti təkcə biliklərin emalçısı deyil, həm də yeni biliklərin yaradılmasında fəal iştirak edən aktor kimi təqdim edir. Blik statik informasiyalar toplusundan dinamik və davamlı inkişaf edən bir sistemə çevrilir”.

Rektor qeyd edib ki, Süni İntellekt dövründə məlumat biliyin əsas istehsal vasitəsi kimi çıxış edir. Məlumatın həcmi, keyfiyyəti və müxtəlifliyi Süni İntellektin effektivliyini birbaşa müəyyənləşdirir: “Təhsil sahəsində süni intellekt tələbə performansının analizi, fərdi öyrənmə trayektoriyalarının formalaşdırılması və tədris prosesinin adaptiv idarə olunması üçün geniş imkanlar yaradır. Nəticə etibarilə bilik ötürülməsi daha fərdiləşdirilmiş və nəticəyönümlü xarakter alır. Ən effektiv bilik istehsalı modelləri insan və Süni İntellekt əməkdaşlığı əsasında formalaşır. Süni İntellekt analitik güc və hesablama sürəti təqdim etdiyi halda, insan etik qiymətləndirmə, kontekstual düşüncə və yaradıcı yanaşma ilə prosesi tamamlayır. Bu sinerji bilik anlayışının yalnız texnoloji deyil, eyni zamanda humanist mahiyyətini qorumağa imkan verir. Belə yanaşma Süni İntellektin cəmiyyət üçün faydalı və məsuliyyətli istifadəsinin əsasını təşkil edir. Süni İntellektin bilik istehsalında rolunun artması etik problemləri qaçılmaz edir. Məlumatların məxfiliyi, alqoritmik qərəzlilik və Süni İntellektin qərarlarının izaholunanlığı əsas müzakirə mövzularındandır. Qərəzli məlumatlar üzərində qurulan sistemlər yanlış və sosial baxımdan zərərli nəticələr doğura bilər. Bu kontekstdə bilik anlayışının yalnız istehsal edilən nəticələri deyil, həmin nəticələrin etik və sosial məsuliyyətini də əhatə etməsi vasibdir. Beləliklə, Süni İntellekt bilik anlayışını yenidən formalaşdırır. Bilik artıq yalnız insan idrakının məhsulu deyil, insan–Aİ qarşılıqlı əlaqəsinin nəticəsi kimi çıxış edir. Bu transformasiya təhsil və elmdə  yeni imkanlar yaratmaqla yanaşı, etik və normativ çərçivələrin formalaşdırılmasını da zəruri edir. Süni İntellektlə formalaşan yeni bilik mühiti insan mərkəzli, məsuliyyətli və strateji yanaşma tələb edir. Bu isə gələcək davamlı və inklüziv bilik cəmiyyətinin qurulmasının əsas şərtidir”.

Sevinc Qarayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Yanvar 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see198

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see197

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see195

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see193

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see173

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see165

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see162

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see157

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see149

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see140

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see140

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see138

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see133

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri