AYB üzvlük haqqını istəməkdə nə qədər haqlıdırsa, vermək istəməyənlər də o qədər haqlıdır
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Yazıçılar Birliyin üzvlük haqqı ilə bağlı bəyannaməsi haqlı narazılıqlar, lağ-lağılar doğurur.
Bəli, orada haqq var ki, bu, nizamnamənin tələbidir.
Ancaq yazıçı-şairlər də düz edib deyir ki, AYB bizə nə edib?
Düz deyirlər, nə edib?
Bu cür danışan adamlar oradan heç nə ala bilməyən adamlardır. Yoxsa, alan adam beş-on manatın söhbətini etməz. Üç minə yaxın üzvü olan təşkilat hər kəsə çata bilməz. Ona görə də kimə lazım bilirlərsə, ona da lazım olanı edirlər. Yerdə qalanda özünə görə haqlıdır.
Ancaq deyəsən, məsələ həm də fərqlidir.
Əgər AYB bu üsulla üzvlərin çoxunu çıxartmaq istəyirsə, hardasa müsbət addım kimi qiymətləndirmək olar.
Bəs mesaj verirsə necə?
AYB, Anar kimə nə demək istəyir? İllərdir, onlara pul lazım olmurdu? İllərdir ki, dövlətdən maliyyə almırdılar? İndiyə qədər çatdı o maliyyə, indi çatmadı? Yaxşı, lap hamı üzvlük haqqını versə necə, bitir məsələ? Yenə davamlı hər il alacaqlar? Ya getdi növbəti beş ilə? Anar bu dəfə sədr olmayacaq özünün dediyinə görə. İndimi yadına düşdü üzvlük haqqı?
Açıqlamasında deyir ki, bizdən hər şey istəyirlər, qopartmağa çalışırlar.
Nə etsinlər? Yoxsa, Anar elə bilir ki, AYB möhtəşəm bir təşkilatdır, yazıçılar da burada adları olsun deyə üzv olmaq istəyirlər?
AYB üzvlük haqqını istəməkdə nə qədər haqlıdırsa, vermək istəməyənlər də o qədər haqlıdır.
Təqaüd filan verilməsə, kimsə nəsə qoparda bilməsı, AYB-ni nə edirlər?
AYB o tip yazıçı-şairlərin gözündə onsuz da nəsə qamarlamaq üçün var.
Əlbəttə, nizamnamə tələbidir, bu da onların haqlarıdırı deyə çox bir şey demək olmur. Amma illər sonra birdən-birə bu cür etməkləri də yuxarıda verilən haqlı sualları doğurur.
Orxan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 13 Yanvar 2026 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















