Sürücülərin diqqətinə! Bu qayda pozuntusuna görə bal yazılacaq
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sürücülər dayanma-durma qaydasının pozulmasına görə, əlavə balın yazılması ilə bağlı redaksiyamıza müraciətlər ünvanlayırlar. Onlar bildirirlər ki, avtobus dayanacağında dayanan zaman cərimə məbləği ilə yanaşı bal da yazılır. Bunun nə dərəcədə düzgün olub-olmaması ilə bağlı çoxsaylı müraciətlər daxil olur.
Avtosfer.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə edilmiş sonuncu dəyişiklikdən sonra dayanma-durma ilə bağlı bir neçə qaydanın pozulmasına görə, cərimə balı da tətbiq edilməyə başlayıb. Bunlardan biri də avtobus dayanacağında digər nəqliyyat vasitələrinin dayanması halıdır. Əvvəllər bu qayda pozuntusunu törədən sürücülər 40 manat cərimə olunurdu. Lakin edilmiş sonuncu dəyişiklikdən sonra, avtobus dayanacağına 15 metrdən yaxın dayanan sürücülərə İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsilə 40 manatla yanaşı, əlavə olaraq 2 bal da təyin edilir.
Fərid
Baxış sayı:84
Bu xəbər 02 Dekabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















